Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 19:53

Trump: «ABŞ-Rusiya münasibətləri ən aşağı və təhlükəli səviyyədədir»


Donald Trump

«Birləşmiş Ştatlarla Rusiyanın münasibətləri ən aşağı və təhlükəli səviyyədədir» - ABŞ prezidenti Donald Trump öz tvitter hesabında belə yazıb. Bu cür durumun yaranmasında Trump Konqresi suçlayıb.

Avqustun 2-də Trump Rusiyaya qarşı sanksiyalara dair qanunu imzalayıb. Yeni qanun prezidenti Konqresin razılığı olmadan qəbul olunmuş məhdudiyyətləri ləğv etmək səlahiyyətindən məhrum edir. Donald trump özü hesab edir ki, bu yolla qanun «onun səlahiyyətinə zərbə vurur». Amma qeyd edib ki, qəbul olunmuş qanun Amerika konstitusiyasına zidd olmadığı müddətdə ona əməl edəcək.

Kreml isə bildirib ki, ABŞ-ın yeni sanksiyaları hazırki Ağ Ev administrasiyası ilə Kremlin münasibətlərinin yaxşılaşacağı ümidinə son qoydu. «Rusiyayla hərtərəfli ticarət müharibəsi elan olunub» - deyə Rusiyanın baş naziriDmitry Medvedev bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG