Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:11

Nyu-York-un qubernatoru istefa verdi


ABŞ-Nyu-York-un qubernatoru Andrew Cuomo
ABŞ-Nyu-York-un qubernatoru Andrew Cuomo

Nyu-York məhkəməsi ötən həftə onun bir neçə qadına qarşı seksual zorakılıq etməsi barədə faktlar ortaya çıxarıldığını bəyan edib.

Seksual qısnamada ittiham olunan Nyu-Yorkun qubernatoru Endryu Kumo (Andrew Cuomo) 14 gün ərzində istefa verəcəyini bəyan edib.

63 yaşlı Endryu, avqustun 10-da televiziya ilə yayımlanan çıxışında, qadınlara qarşı heç bir hörmətsizlik etmədiyini və bu siyasi motivli hücuma qarşı aylarla davam edəcək mübarizənin hökumətin işinə ziyan vuracağını bildirib.O qeyd edib ki, mən buna səbəbkar ola bilmərəm:

"İndi kömək edə biləcəyim ən yaxşı şey, kənara çəkilib hökumətin yenidən hökumətə dönməsinə imkan yaratmaqdır”, Kumo deyib.

Nyu-York məhkəməsi ötən həftə onun bir neçə qadına qarşı seksual zorakılıq etməsi barədə faktlar ortaya çıxarıldığını bəyan edib. Prokuror Litisia Ceyms (Letitia James ) onun yerli federal qanunları pozduğunu elan edib.

Söhbət, öz öfisinin əməkdaşı da daxil olmaqla, seksual zorakılığıa məruz qalmış 11 qadından gedir. Amma o, ittihamları rədd edir.

Demokrat partiyasının üzvü olan Kumo bu vəzifəyə 2011-ci ilin yanvarında edilmişdi.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG