Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 13:38
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

ABŞ İrana zərbələr endirib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İran azərbaycanlıları ümidsizdir: 'Çətin günlər gəlir'

İrandan olan azərbaycanlı mühacir Arəş Mokaridust deyir ki, İran rejiminin əvvəlki davranışlarına baxdıqda xarici təzyiq azalan kimi daxili təzyiqlərin artdığı dəfələrlə müşahidə olunub: "Qeyri-fars millətləri, xüsusən güney azərbaycanlılar arasında mövcud şəraitdə razılaşmanın İran xalqı üçün daha azad və təhlükəsiz gələcək vəd etmədiyi, əksinə, daha çətin, təzyiq dolu günlərin gələcəyi ilə bağlı narahatlıqlar var".

İran azərbaycanlıları ümidsizdir: 'Çətin günlər gəlir'
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

İranın keçmiş xarici işlər naziri aldığı yaralardan vəfat edib

İranın keçmiş xarici işlər naziri və ölkənin Xarici Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xərrazi bir müddət öncə aldığı yaralardan vəfat edib. Təxminən bir həftə əvvəl onun Tehrandakı evi İsrailin zərbəsinə tuş gəlmişdi.

Aprelin 1-də Xərrazinin evi hücuma məruz qalıb, xanımı həlak olub. Xərrazi özü sağ qalsa da, ağır yaralanmışdı.

Dövlət mediası aprelin 9-u gec saatlarda İranın birinci vitse-prezidenti Məhəmməd Rza Arifin başsağlığı mesajını yayımlayaraq onun ölümünü təsdiqləyib.

Xərrazi 82 yaşında vəfat edib. O, 10 il ərzində İranın rəsmi IRNA xəbər agentliyinin rəhbəri olub, daha sonra səkkiz il Birləşmiş Millətlər Təşkilatında (BMT) səfir kimi fəaliyyət göstərib. Ardınca islahatçı prezident Məhəmməd Xatəmi dövründə (1997-2005) iki müddət ardıcıl xarici işlər naziri vəzifəsində çalışıb. Son illərdə ali rəhbərə xarici siyasət məsələlərində məsləhət verən Xarici Əlaqələr üzrə Strateji Şuraya rəhbərlik edib.

Zelenski: Ukrayna Yaxın Şərqdə İran dronlarını vurub

Ukrayna hərbçiləri Yaxın Şərqdə İran istehsalı olan "Şahed" dronlarını vurublar. Bu açıqlama ilə Ukrayna prezidenti Volodimir Zelenski çıxış edib.

Prezident X platformasında yazıb: "Biz hərbi ekspertlərimizi, tutucu-dronlar və elektron müharibə üzrə mütəxəssisləri Yaxın Şərqə göndərdik. Bəzi ölkələrə tutucularla necə işləməyi göstərdik. İran "Şahed"lərini məhv etdikmi? Bəli, etdik. Bunu yalnız bir ölkədəmi etdik? Xeyr, bir neçə ölkədə. Məncə, bu uğurdur".

Zelenski martın sonlarında Yaxın Şərqə səfəri zamanı Ukraynanın qabaqcıl dron və antidron texnologiyalarını Körfəz ərəb ölkələrinə təqdim edib. ABŞ və İsrailin İranla müharibəsində İran dronları dəfələrlə bu ölkələrin hava məkanını pozub.

Ukrayna Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə uzunmüddətli təhlükəsizlik və müdafiə əməkdaşlığı sazişləri də imzalayıb.

Zelenski Ukrayna reaktiv mühərrikli dronları da vurduğunu əlavə edib. Əksər "Şahed" dronları pərli mühərriklə işləyir.

"İndi reaktiv mühərrikli dronları məhv edəcək tutucu-dronların kütləvi istehsalına başlamağımız sadəcə zaman məsələsidir", – Zelenski vurğulayıb.

Avropa aeroportlarında üç həftəyə yanacaq qıtlığı yarana bilər

Hörmüz boğazı üç həftə ərzində tam açılmasa, Avropa aeroportlarında aviasiya yanacağı qıtlığı yarana bilər. "The Financial Times"ın yazdığına görə, aviasiya təmsilçiləri belə bir xəbərdarlıqla çıxış edib.

Avropa İttifaqında hava limanlarını təmsil edən "ACI Europe" bildirib ki, yanacaq ehtiyatları azalır, "hərbi fəallığın tələbə təsiri" təchizatı daha da gərginləşdirir.

Qəzet gördüyü məktuba istinadla yazır ki, qurum Aİ-nin nəqliyyat komissarı Apostolos Tzitzikostasa xəbərdarlıq edib, yanacaqla bağlı narahatlığı çatdırıb.

Məktubda yay mövsümünün yaxınlaşması ilə narahatlığın daha da gücləndiyi vurğulanır.

Artıq Asiyada bəzi ölkələr, məsələn, Vyetnam qıtlıq səbəbindən aviasiya yanacağına norma tətbiq edib.

ABŞ və İranın ikihəftəlik atəşkəs elan etməsinə baxmayaraq, neftin qiyməti yüksək olaraq qalır.

Aprelin 9-da şimal-qərbi Avropada aviasiya yanacağının tonu 1 min 573 dollara çatıb. İran müharibəsindən öncə qiymət 750 dollar idi.

Davamı

XS
SM
MD
LG