Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 12:31
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

ABŞ İrana zərbələr endirib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İran nümayəndə heyəti bu gün Pakistana gedir

İran nümayəndə heyəti aprelin 9-u axşam saatlarında İslamabada çatacaq. Bunu İranın Pakistandakı səfiri Rza Əmiri Moğəddəm bildirib. Onun sözlərinə görə, nümayəndə heyəti ABŞ tərəfi ilə "ciddi danışıqlar" aparacaq.

"İsrail rejiminin atəşkəsi dəfələrlə pozmasının İran ictimai rəyində yaratdığı skeptisizmə baxmayaraq... İran nümayəndə heyəti İranın irəli sürdüyü 10 bənd əsasında ciddi danışıqlar üçün bu gecə İslamabada gəlir", – səfir X sosial şəbəkəsində yazıb.

PS: İranın nümayəndə heyəti Pakistana getməyə də bilər. Səfir Moğəddəmin X paylaşımı silinib.

İranın nüvə rəhbəri uranın zənginləşdirilməsinə məhdudiyyəti rədd edir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri ölkədə uranın zənginləşdirilməsinə məhdudiyyəti rədd edib. Məhəmməd İslami bildirib ki, "zənginləşdirmə proqramını məhdudlaşdırmaq sadəcə arzudur, məzara gömüləcək".

İslami aprelin 9-da Tehranda, mərhum ali lider Əli Xameneinin qətlinin 40-cı günü münasibətilə mərasimdə çıxış edib. O vurğulayıb ki, "heç bir qanun və ya şəxs" zənginləşdirmə proqramını dayandıra bilməz.

Aprelin 10-da Pakistanın İslamabad şəhərində İran və ABŞ arasında danışıqlar planlaşdırılır. Bu açıqlamalar belə bir ərəfədə səslənir.

ABŞ bildirib ki, müharibəni bitirəcək hər hansı razılaşmanın əsas şərtlərindən biri İranın uranın zənginləşdirilməsi proqramının tamamilə ləğvidir. İran isə uranı zənginləşdirmək hüququnu fundamental, müzakirə olunmayacaq tələb sayır.

İranın nüvə obyektləri


Netanyahu Livanla sülh danışıqlarına başlamağı tapşırıb

İsrailin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında "ən qısa müddətdə" Livan ilə birbaşa sülh danışıqlarının başlanmasına göstəriş verib. Bu barədə onun dəftərxanasının açıqlamasında bildirilir.

Bəyanata görə, danışıqlar İranyönümlü "Hizbullah" qruplaşmasının tərksilah edilməsi və İsrail ilə Livan arasında sülh münasibətlərinin tənzimlənməsinə yönələcək.

"Axios" məlumatlı mənbəyə istinadən xəbər verir ki, İsrail ilə Livan arasında birbaşa danışıqlar gələn həftə Vaşinqtonda başlayacaq. Bununla belə, atəşkəs hələ elan edilməyib.

Həftənin əvvəlində ABŞ və İran ikihəftəlik atəşkəsə razılıq veriblər. ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliyin bərpa olunması şərti ilə İrana hücumları dayandırmağa hazır olduğunu bildirib. İsrail bu qərarı dəstəkləsə də, atəşkəsin Livana şamil olunmayacağını açıqlayıb. İran xəbərdarlıq edib ki, İsrail "Hizbullah"a qarşı əməliyyatlarını davam etdirərsə, Tehran atəşkəs rejimindən çıxa bilər.

ABŞ İraqı İrana bağlı qrupların hücumlarının qarşısını almağa çağırır

Bağdadda ABŞ-nin əsas diplomatik obyektinə dron zərbəsindən və ABŞ diplomatlarına qarşı pusqudan sonra İraqın Vaşinqtondakı səfiri ABŞ Dövlət Departamentinə çağırılıb.

Departamentin məlumatına görə, dövlət katibinin müavini Kristofer Landau aprelin 9-da İraqın səfiri Nizar Xeyrullanı çağırıb. İranla əlaqəli silahlı qrupların İraq ərazisindən ABŞ diplomatik heyətinə və obyektlərinə "ağır terror hücumları" qəti şəkildə pislənilib. Aprelin 8-də Bağdadda ABŞ diplomatlarına qarşı pusqu da bu hücumlar sırasındadır.

Bağdaddakı ABŞ səfirliyi daha öncə bildirmişdi ki, İranla əlaqəli olduğunu iddia etdiyi silahlı qrup Bağdad Diplomatik Dəstək Mərkəzi və Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında bir neçə dron hücumu həyata keçirib.

K.Landau İraq təhlükəsizlik qüvvələrinin cavab tədbirləri gördüyünü etiraf edib, amma İraq hökumətinin bu hücumların qarşısını ala bilmədiyini vurğulayıb.

Davamı

XS
SM
MD
LG