Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 09:39
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

İran Omanın Hörmüz marşrutunu rədd edib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İsrail SEPAH komandirinin öldürüldüyünü bildirir

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri İsrailin hava hücumu nəticəsində öldürülüb. Bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.

"İsrail Müdafiə Qüvvələri dünən gecə İnqilab Keşikçilərinin donanma komandanı Tanqsiri və donan komandanlığının yüksəkrütbəli zabitlərini dəqiq və ölümcül bir əməliyyatla məhv edib", – Kats martın 26-da yayımlanan videoçıxışında deyib.

O, Tanqsirini Hörmüz boğazının minalanması və gəmiçilik üçün bağlanmasına "birbaşa məsul şəxs" adlandırıb.

İran hələlik bu məlumatı şərh etməyib, İranın əsas media orqanları da bu haqda yazmayıb.

Fevralın 28-də ABŞ və İsrail İrana birgə hücumlara başlayandan İsrail İranın bir neçə yüksəkvəzifəli rəsmisini öldürüb. Ali rəhbər Əli Xamenei, Təhlükəsizlik Şurasının rəisi Əli Laricani də onların sırasında olub.

'Axios': Pentaqon İrana qarşı növbəti addımlara hazırlaşır

"Axios" nəşri Pentaqonun İrana qarşı potensial "yekun zərbə" üçün bir sıra hərbi variantlara hazırlaşdığını bildirir. Nəşr bunu ABŞ-nin iki rəsmisinə və müzakirələrlə tanış iki əlavə mənbəyə istinadla yazır.

Mənbələr prezident Donald Trampın nəzərdən keçirə biləcəyi dörd böyük ssenaridən danışıblar:

  • İranın əsas neft ixracı mərkəzi olan Xarq adasının işğalı, yaxud blokadası;
  • İranın Hörmüz boğazı üzərində nəzarətində əsas rol oynayan Lark adasının işğal olunması;
  • Əbu Musa və yaxınlıqda daha iki nisbətən kiçik adanın nəzarətə götürülməsi. Hazırda bu adalara İran nəzarət edir, amma BƏƏ də onlara iddia edir;
  • Hörmüzün şərq tərəfində İran neftini daşıyan gəmilərin saxlanması, yaxud ələ keçirilməsi.

"Axios" ABŞ hərbi strateqlərinin İran daxilində quru əməliyyatı planı hazırladığını da yazır. Məqsədin nüvə obyektlərində yüksək həddə zənginləşdirilmiş uranın mühafizəsi olduğu bildirilir.

Uitkoff İrana 15-bəndlik 'fəaliyyət planı' verildiyini təsdiqləyir

Birləşmiş Ştatlar İranla münaqişəyə son qoymaq üçün İrana 15-bəndlik "fəaliyyət planı" təqdim edib. Bunu ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff martın 26-da deyib.

Tramp administrasiyası ilk dəfədir İrana belə bir planın təqdim olunduğunu rəsmən təsdiqləyir. Daha öncə Pakistanın planı İran rəsmilərinə təqdim etdiyi haqda məlumatlar yayılmışdı.

"İşlərin hara gedəcəyini görəcəyik, görək İranı bunun dönüş nöqtəsi olduğuna, ölüm və dağıntıdan başqa yaxşı alternativlərin qalmadığına inandıra biləcəyikmi", – Uitkoff Ağ evdə jurnalistlərə deyib. O, belə bir variantın mümkünlüyünə dair güclü əlamətlərin olduğunu sözlərinə əlavə edib.

Uitkoff Pakistanın vasitəçi kimi çıxış etdiyini, Pakistan rəsmilərinin açıqlamalarını da təsdiqləyib.

Tramp İranın elektrik stansiyalarına hücum təhdidlərini təxirə salır

ABŞ prezidenti Donald Tramp İranın elektrik stansiyalarına hücum təhdidlərini ikinci dəfə təxirə salıb, bunu Tehranın istəyi olduğunu deyib.

"İran hökumətinin istəyi ilə... elektrik stansiyasının məhv edilməsini 10 günlüyə... təxirə salıram", – deyə Tramp sosial media paylaşımında son müddətin bazar ertəsi, aprelin 6-dək uzadıldığını yazıb.

Tramp martın 21-də deyirdi ki, Tehran Hörmüz boğazını 48 saat ərzində açmasa, ABŞ İranın elektrik stansiyalarını məhv edəcək. ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələrinə başlayandan Tehran bu kritik neft və qaz nəqli kanalını bağlayıb. Tramp sonradan bu müddəti martın 27-dək uzadıb.

"Danışıqlar davam edir, saxta xəbər mediasının, digərlərinin əksini iddia edən səhv açıqlamalarına baxmayaraq, danışıqlar çox yaxşı gedir", – Tramp özünün "Truth Social" platformasında yazıb.

İranın yüksəkvəzifəli rəsmiləri Tehranın Vaşinqtonla danışıqlar apardığını inkar edirlər. Amma İran martın 25-də ABŞ-nin 15-bəndlik təklifini nəzərdən keçirdiyini bildirib, münaqişənin sona çatması üçün beş şərt irəli sürüb.

Davamı

XS
SM
MD
LG