Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 04:08
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qrossi: 'İrandakı nüvə obyektlərinə səfər mütləq baş tutacaq'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İranla savaşa ərəb ölkələri də qoşulacaq?

Hərbi ekspert Səxavət Məmməd düşünür ki, İran ərəb ölkələrinin münaqişəyə qoşulmasında maraqlıdır: "Bu dövlətlər qoşulduğu təqdirdə bunların hamısı İrana qarşı olmayacaq, bir çoxu da bir-birinə qarşı döyüşmüş dövlətlər olacaq. Elə bir vəziyyət yarana bilər ki, Amerika eyni vaxtda bir neçə istiqamətdə döyüşsün".

İranla savaşa ərəb ölkələri də qoşulacaq?
Gözlə

No media source currently available

0:00 0:02:49 0:00


6 ABŞ hərbçisinin öldüyü təsdiqlənib

ABŞ Mərkəzi Komandanlığı İranın cavab zərbələri nəticəsində ağır yaralanmış altı amerikalı hərbçinin öldüyünü bildirir. Komandanlıq daha bir neçə hərbçinin vəziyyətinin ağır olduğunu açıqlayıb.

ABŞ prezidenti Donald Tramp bundan öncə itkilərin arta biləcəyini demişdi.

"Təəssüf ki, münaqişə bitənəcən daha çox itki ola bilər", – deyən prezident əməliyyatların dörd həftə, yaxud "bütün məqsədlərimizə çatanadək" davam edə biləcəyini söyləyib.

Səudiyyə Ərəbistanında ABŞ səfirliyi vurulub

ABŞ-nin Səudiyyə Ərəbistanındakı səfirliyinə iki dronla hücum həyata keçirilib. Səudiyyənin Müdafiə Nazirliyi bildirir ki, hücum nəticəsində məhdud yanğın baş verib, binaya kiçik ziyan dəyib.

Dövlət Departamenti isə 10-dan artıq Yaxın Şərq ölkəsindəki amerikalıları olduqları yerdən təcili çıxmağa çağırıb.


Netanyahu: İranla müharibə illərlə çəkməyəcək

İsrailin baş naziri Binyamin Netanyahu deyir ki, İranla müharibənin illərlə çəkəcəyini gözləmir.

"Demişdim ki, sürətli və qətiyyətli olacaq. Bir müddət çəkə bilər, amma illərlə çəkməyəcək. Sonsuz müharibə deyil", – Netanyahu martın 2-də "Fox News"un "Hannity" proqramına deyib.

ABŞ prezidenti Donald Tramp isə daha öncə bu müharibənin dörd-beş həftə çəkəcəyini deyib, amma sonradan İranla geniş, açıq müharibəni də əsaslandırmağa çalışıb.

Davamı

XS
SM
MD
LG