Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 05:38
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qrossi: 'İrandakı nüvə obyektlərinə səfər mütləq baş tutacaq'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tramp deyir ki, İrana danışıqlar üçün 'çox gec' olduğunu söyləyib

ABŞ prezidenti Donald Tramp deyir ki, ABŞ-İsrail hərbi əməliyyatı fonunda Tehrana danışıqlar aparmaq üçün artıq "çox gec" olduğunu söyləyib.

"Onların hava hücumundan müdafiəsi, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və rəhbərliyi məhv edilib. Onlar danışmaq istəyirlər. Mən dedim: "Çox gecdir!"", – Tramp martın 3-də sosial şəbəkədə yazıb.

O, İran rəsmilərinin danışmaq istədiklərini nə vaxt bildirdiklərini açıqlamayıb.

Ekspertlər Məclisinin Qum şəhərindəki binası dağıdılıb

İranın Ekspertlər Məclisinin Qum şəhərində yerləşən binası hava zərbəsi nəticəsində dağıdılıb. Bu qurum ölkənin növbəti ali rəhbərini seçməlidir.

IRIB dövlət xəbər agentliyi yazır ki, martın 2-si gecə Məclisin ayrıca ofisi də vurulub. Agentliyin məlumatına görə, hər iki obyekt öncədən təxliyə edilib və itki qeydə alınmayıb.

"Axios" adının açıqlanmasını istəməyən israilli rəsmiyə istinadla bildirir ki, İsrail Hərbi Hava Qüvvələri Qumdakı binanı yeni ali rəhbərin təyin edilməsi prosesini pozmaq məqsədilə vurub.


Xamenei əslində necə öldürülüb?

Məlumatlı iki mənbə bildirib ki, Tehranın əsas küçələrinin kamera görüntüləri şifrələnərək Təl-Əvivə və İsrailin cənubundakı informasiya mərkəzlərinə ötürülüb.

Xamenei əslində necə öldürülüb?
Gözlə

No media source currently available

0:00 0:02:11 0:00


Davamı

XS
SM
MD
LG