Keçid linkləri

2026, 24 Sentyabr, cümə axşamı, Bakı vaxtı 12:32
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Danışıqlar bərpa olunsa da, İran-ABŞ ziddiyyətləri qalır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İran ABŞ-nin son zərbələrindən 18 nəfərin öldüyünü bildirir

İranın Səhiyyə Nazirliyi ABŞ-nin son hücumları nəticəsində ölənlərin sayının 18-ə çatdığını bildirib.

Qurumun sözçüsü Hüseyn Kirmanpur "X" sosial şəbəkəsində yazıb ki, avqustun 30-u saat 20:30-dan sentyabrın 2-si saat 20:30-dək hücumlar nəticəsində 18 nəfər ölüb, 142 nəfər yaralanıb.

Ölənlərin hərbçi və ya mülki şəxs olduğu göstərilməyib. Ancaq həlak olanlar arasında iki qadın və bir uşağın olduğu bildirilir.

Bundan əvvəl Hörmüzgan vilayətində toy mərasiminə zərbə nəticəsində biri uşaq olmaqla, dörd nəfərin öldüyü açıqlanmışdı. İran Qızıl Aypara Cəmiyyəti ABŞ-nin gerçəkləşdirdiyi bildirilən hücum zamanı qəlpələrin toy məclisinin keçirildiyi yaşayış evinə düşdüyünü bildirib.

Xuzistan valiliyinin rəsmisi Əhvaz və Ağacaridə yeddi nəfərin öldüyünü açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın xəbər agentlikləri isə Kirmanşahda SEPAH-ın aerokosmik qüvvələrinin dörd zabitinin, Lavan adasında isə "Bəsic" qüvvələrinin üç üzvünün öldürüldüyünü xəbər veriblər.

Küveyt raket və dron hücumlarının qarşısını aldığını bildirir

Küveyt ordusu ölkənin hava hücumundan müdafiə sistemlərinin raket və dron hücumlarının qarşısını aldığını bildirib.

Ordu sentyabrın 3-də səhər saatlarında sosial şəbəkədə açıqlama yayıb və hücumlara görə İranı ittiham edib. Sakinlərə rəsmi qurumların təhlükəsizliklə bağlı göstərişlərinə əməl etmək çağırışı olunub.

Açıqlamaya görə, Küveyt səmasında eşidilən partlayış səsləri hava hücumundan müdafiə sistemlərinin yaxınlaşan hədəfləri vurmasının nəticəsidir.

Bu hadisə ABŞ-nin sentyabrın 1-də İrana son hərbi zərbələrindən sonra baş verib. Tehran cavabında İordaniya və Küveyt daxil, ABŞ-nin Körfəzdəki müttəfiqlərini hədəfə alıb.

Tramp: İrana qarşı yeni əməliyyat çox çəkməyəcək

ABŞ prezidenti Donald Tramp sentyabrın 2-də bildirib ki, İrana qarşı yenidən başlamış hərbi kampaniya çox çəkməyəcək. O, Birləşmiş Ştatların istənilən vaxt yeni zərbələr endirməyə hazır olduğunu da əlavə edib.

Trampın açıqlamasından öncəki gecə ABŞ İran ərazisindəki hədəflərə zərbələr endirib.

"Ötən gecə çox güclü hücum həyata keçirildi və istədiyimiz vaxt daha bir hücum etməyə hazırıq", – Tramp Ağ evdə jurnalistlərə ABŞ-nin İrana son zərbələri barədə deyib.

"Onların Hörmüz boğazı boyunca qurmağa çalışdıqları bütün yeni avadanlıqları, müdafiə, hücum təyinatlı sistemləri sıradan çıxardıq", – prezident əlavə edib.

Tramp iddia edib ki, İran qüvvələri minalar yerləşdirmək üçün xüsusi raket hazırlamağa çalışırdı, ABŞ qüvvələri onu məhv edib. Tramp həmçinin İranın radar və raket sistemlərini bərpa etməyə çalışdığını, Birləşmiş Ştatların həmin sistemləri də hədəfə aldığını bildirib.

'Məqsədimiz İranı danışıqlara məcbur etmək deyil' – Tramp

ABŞ prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İranı danışıqlara məcbur etməyə çalışmır. O, Birləşmiş Ştatların İrana yeni zərbələrinin məqsədinin Tehranı danışıqlar masasına qaytarmaq olması fikirlərini rədd edib.

"Onların özləri üçün dəyərsiz olan razılaşmanı imzalayıb-imzalamamaları mənim üçün elə də vacib deyil", – Tramp sentyabrın 1-də gecə "Truth Social"da yazıb.

Prezidentin dediyinə görə, ABŞ Hörmüz boğazına "demək olar" tam nəzarət edir və İran iqtisadiyyatı çöküb. "İran xalqı nə vaxt ayağa qalxıb mübarizə aparacaq?", – deyə sual edib.

Bu arada iki ölkə arasında son həftələrin ən ciddi qarşılıqlı hücumları baş verir. ABŞ qüvvələri İranın cənubunda SEPAH-ın hədəflərinə zərbələr endirib, Tehran isə Yaxın Şərqdəki ABŞ hərbi obyektlərini raket və dronlarla hədəfə alıb.

Davamı

XS
SM
MD
LG