Keçid linkləri

2026, 10 May, bazar, Bakı vaxtı 21:32
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

Canlı BƏƏ İran raketləri və dronlarını vurduğunu bildirir

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

BƏƏ İranın yeni zərbələr endirdiyini bildirir

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əsas liman şəhəri Füceyrədə enerji obyektinə dron zərbəsinin yanğıns səbəb olduğu bildirilir. Məlumatı yerli rəsmi orqanlar yayıb.

“Füceyrə Mülki Müdafiə qrupları hadisəyə dərhal reaksiya verib, vəziyyəti nəzarətə almağa çalışır”, –Füceyrə media ofisi mayın 4-də bildirib. Bu açıqlamadan əvvəl çoxsaylı hava həyəcanı siqnalı verilib.

Füceyrə Ərəb dənizi sahilində yerləşir və BƏƏ-nin əsas ixrac mərkəzlərindən biridir. İran ABŞ-İsrailin zərbələrinə cavab olaraq Hörmüz boğazını faktiki bağlayandan bu limanın əhəmiyyəti artıb.

Bundan bir neçə dəqiqə sonra BƏƏ Müdafiə Nazirliyi bildirib ki, İran ölkəni dörd qanadlı raketlə hədəfə alıb.

“Onlardan üçü ölkənin ərazi suları üzərində zərərsizləşdirilib, biri isə dənizə düşüb”, – məlumatda deyilir.

CENTCOM:  ABŞ bayrağı ilə üzən iki gəmi Hörmüz boğazından keçib

ABŞ bayrağı altında üzən iki gəmi Hörmüz boğazından “uğurla keçib və təhlükəsiz şəkildə yola davam edir”. Bunu Yaxın Şərqdə ABŞ qüvvələrinə nəzarət edən ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.

UKMTO: Hörmüz boğazında vəziyyət kritik olaraq qalır

Regional hərbi əməliyyatların davam etdiyi bir vaxtda Hörmüz boğazından keçid şərtləri gərgin olaraq qalmaqdadır. Bu barədə Böyük Britaniyanın dəniz ticarətini və təhlükəsizliyini izləyən UKMTO qurumu məlumat yayıb. Təşkilat regionda hərbi gəmilərin sayının artdığını, hərəkət intensivliyinin yüksəldiyini və təhlükəsizlik qüvvələrinin gəmiləri VHF (UQD) radioəlaqə vasitəsilə tez-tez yoxlaya biləcəyini vurğulayır.

UKMTO bildirir ki, ABŞ əsas gəmi yollarının cənubunda xüsusi təhlükəsizlik zonası yaradıb. Gəmilərə tövsiyə olunur ki, Oman suları ilə hərəkət etsinlər və lazımi təşkilatlarla əlaqəli şəkildə işləsinlər.

Mayın 4-də yayılmış xəbərdarlıqda deyilir ki, gəmiçilik zolaqlarının yaxınlığında mina təhlükəsi olduğuna dair məlumatlar var, bu isə hərəkəti son dərəcə riskli edir. Gəmi operatorlarına riskləri diqqətlə qiymətləndirmək və marşrutları bu təhlükələrə uyğun planlaşdırmaq tapşırılıb.

İran ABŞ hərbi gəmisini dayandırdığını bildirdi, neft kəskin bahalandı

Mayın 4-də "Brent" markalı neftin fyuçersləri 5 dollardan çox bahalanıb və bir barelin qiyməti 113.65 dollara çatıb. Bu, İran donanmasının ABŞ hərbi gəmisinin Hörmüz boğazına daxil olmasının qarşısını aldığını bildirməsindən sonra baş verib.

Təhlilçilərin fikrincə, yüksək qiymətlər uzunmüddətli olmayacaq, çünki bu, tələbata və iqtisadiyyata mənfi təsir göstərir.

"Erlen Capital Management" şirkətinin idarəedici tərəfdaşı Bruno Şneller "Reuters" agentliyinə bildirib: "Hazırda bazarda iki əks meyl müşahidə olunur: bir tərəfdən geosiyasi risklər neftin qiymətini artıraraq inflyasiya qayğılarını yenidən gündəmə gətirir, digər tərəfdən isə xüsusilə ABŞ-də iqtisadi artım tempinin zəifləməsi müşahidə edilir".

Onun sözlərinə görə, bu vəziyyət səhmlər, istiqrazlar və valyuta bazarlarında böyük dalğalanmalar yaradır.

Davamı

XS
SM
MD
LG