İran İraqda kürd müxalif qrupunu vurmaqda ittiham olunur
Aprelin 22-də İraqın Kürdüstan muxtar regionuna dron zərbələri İran kürd üsyançı qrupunun üç üzvünü yaralayıb. Kürdüstan Azadlıq Partiyası (PAK) hücuma görə İranı günahlandırıb.
Qrup bildirib ki, Ərbil vilayətinin Xabat rayonundakı bazalarına dörd dron hücum edib, yüngül xəsarətlər qeydə alınıb.
Bu hücumun ABŞ və İsrailin İrana müharibəsində aprelin 8-dən qüvvədə olan həssas atəşkəs dövründə baş verdiyi bildirilir.
Tehran İraq Kürdüstanındakı İran kürd qruplarını dəfələrlə hədəfə alıb. İran bu qrupları "terror təşkilatları" adlandırır, onları Qərb və ya İsrailin maraqlarına xidmət etməkdə suçlayır.
Fevralın 28-də müharibə başlamazdan bir neçə gün əvvəl PAK mühacirətdə olan dörd qrupla birlikdə İranda İslam Respublikasını devirmək, kürdlərin öz müqəddəratını təyin etməsini təmin etmək məqsədilə koalisiya yaradıb.
Kürdlər İranın ən böyük etnik azlıqlarından biridir. Bəzi hesablamalara görə əhalinin 10 faizə qədərini təşkil edir. Onlar əsasən ölkənin qərbində, İraq və Türkiyə sərhədləri boyunca məskunlaşıblar.
İranda 53 gündür internet bloklanır
İranda rəqəmsal blokada 53-cü günə keçib, istifadəçilər 1248 saatdır qlobal şəbəkələrdən ayrı düşüblər. Bunu dünyada internet bağlantısını izləyən "NetBlocks" qrupu bildirir.
Məlumatda deyilir ki, hakimiyyət seçilmiş istifadəçilər və bizneslər üçün mərhələli (tiered) çıxışı genişləndirir.
İnternet blokadasının insan və iqtisadi xərcləri isə artmaqdadır.
İranın rabitə naziri Səttar Haşemi xəbərdarlıq edib ki, qeyri-sabit internet təxminən 10 milyon iranlının dolanışığına təhlükə yaradır. Bu şəxslərin əksəriyyəti aşağı- və ortagəlirli qrupları təmsil edir, işləri etibarlı internet bağlantısından asılıdır.
Nazirin sözlərinə görə, uzunmüddətli kəsinti "dərin sosial və iqtisadi nəticələr doğurur". Bu açıqlama ölkədəki blokadaya daxili təzyiqlərin artdığını göstərir.
Hörmüzdə ikinci gəmi atəşə tutulub
Böyük Britaniyanın UKMTO monitorinq xidməti bildirib ki, aprelin 22-də səhər saatlarında Hörmüz boğazında, İrandan təxminən səkkiz dəniz mili qərbdə bir yük gəmisi atəşə tutulduğunu xəbər verib.
Qurumun X platformasında yazdığına görə, gəmi "suda dayanıb", ekipaj salamatdır, heç bir zərər qeydə alınmayıb.
Bundan bir neçə saat öncə Omanın şimal-şərqində İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir konteyner gəmisini atəşə tutduğu, gəminin idarəetmə körpüsünə ciddi ziyan dəydiyi bildirilirdi.
Fevralın 28-də ABŞ və İsrailin İranla müharibəsi başlayandan Hörmüzdə nəqliyyat ciddi şəkildə pozulub, gəmilərə təkrar hücumlar baş verib. Qlobal neft ticarətinin təxminən beşdə biri bu boğazdan keçir.