Keçid linkləri

2026, 11 May, bazar ertəsi, Bakı vaxtı 17:12
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

Canlı Tehrandan ABŞ-yə cavab: Müharibə bitsin, aktivlər qaytarılsın

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İranda casusluq ittihamı ilə daha iki nəfər edam edilib

Aprelin 20-də İranda "İsraillə əlaqələr" və "casusluq" ittihamları ilə daha iki nəfər edam edilib.

İranın məhkəmə hakimiyyətinin "Mizan" xəbər agentliyi onların Məhəmməd Məsum Şahi Həmid Validi olduğunu yazıb. Agentliyin iddiasına görə, onlar "İsrail kəşfiyyat əməkdaşları ilə əlaqə saxlayıb, kiberməkan, İraq Kürdüstan bölgəsinə səfərlər vasitəsilə onlardan təlim alıblar".

Məhkəmə orqanı edam olunan şəxslərin Tehranda iki ictimai xidmət və hərbi mərkəzə hücum planlaşdırdıqlarını iddia edir.

Bu şəxslər "düşmən qruplar və İsraillə əməkdaşlıq", "milli təhlükəsizliyə qarşı toplaşma və sövdələşmə", "milli təhlükəsizliyi pozmaq məqsədilə cinayətkar terror qrupuna üzvlük" və "rejimə qarşı təbliğat"da ittiham olunublar.

Məhkəmənin detallarını müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb. İnsan haqları qrupları uzun müddətdir İranda casusluq işləri üzrə məhkəmələrin ədalətli aparılmaması, işgəncə və məcburi etiraflarla bağlı narahatlıq bildiriblər.

Fevralın 28-də müharibə başlayandan İranda İsraillə əməkdaşlıq ittihamı ilə onlarla şəxs həbs edilib, yaxud edam olunub.

İnsan haqları təşkilatları son bir ildə İranda edamların sayının kəskin artmasından narahatlıq ifadə edirlər.

Şərif Pezeşkianla danışıb

Pakistanın baş naziri Şahbaz Şərif Yaxın Şərqdəki münaqişə ilə bağlı İran prezidenti Məsud Pezeşkianla danışdığını açıqlayıb. O bildirib ki, İslamabad regional sabitliyin təmin olunmasında öz roluna sadiq qalır.

Şərifin dediyinə görə, o, Pezeşkiana Səudiyyə Ərəbistanı və Qətər daxil, Körfəz ölkələrinin liderləri, eləcə də NATO üzvü Türkiyə ilə danışıqları haqda məlumat verib.

"Tarixi danışıqlar üçün İslamabada göndərilən yüksəksəviyyəli nümayəndə heyəti daxil olmaqla, İranın prosesə qoşulmasını yüksək qiymətləndirirəm", – Şərif aprelin 19-da X platformasında yazıb.

Liderlərin arasında telefon danışığı 45 dəqiqə çəkib. Bundan öncə İran mediası Tehranın Pakistanda ABŞ ilə danışıqların ikinci raundunda iştirakdan imtina etdiyini açıqlamışdı. ABŞ prezidenti Donald Tramp isə nümayəndə heyətinin danışıqlar üçün İslamabada getdiyini bildirib.

Tehranın danışıqlarda iştirakı haqda rəsmi informasiya verməyib.

Tramp: ABŞ heyəti İranla danışıqlar üçün Pakistana gedir

ABŞ nümayəndə heyəti İranla sülh danışıqlarının yeni raundunda iştirak etmək üçün Pakistanın paytaxtı İslamabada yola düşür. Bu barədə ABŞ prezidenti Donald Tramp bazar günü özünün "Truth" sosial şəbəkəsində yazıb. Onun sözlərinə görə, növbəti görüş aprelin 20-nə planlaşdırılıb. İran tərəfi hələlik bu tarixi rəsmi olaraq təsdiqləməsə də, İslamabadda təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Hərbi əməliyyatlarda elan olunmuş ikihəftəlik fasilənin ardından, aprelin 11-də İslamabadda ABŞ və İran arasında uzun illərdən bəri ilk birbaşa danışıqlar keçirilib. Tərəflər arasında yekun razılıq əldə olunmasa da, son günlər yeni görüşün hazırlandığına dair məlumatlar yayılmaqdadır.

Trampın yazdığına görə, ABŞ İrana "çox ədalətli və ağlabatan bir razılaşma" təklif edir, lakin imtina olunacağı halda İrandakı "bütün elektrik stansiyalarını və körpüləri" dağıtmağa hazırdır. O əlavə edib ki, Birləşmiş Ştatlar "yaxşı oğlan" rolunu oynamaqdan bezib və kəskin addımlar atmağa hazırdır.

İranın rəsmi media qurumlarının bazar günü yaydığı məlumata görə, Tehran danışıqların ikinci raundunda iştirak barədə hələlik qəti qərar qəbul etməyib. IRNA agentliyi vurğulayıb ki, Vaşinqtonun "hədsiz və qeyri-real" tələbləri fonunda hazırkı şəraitdə səmərəli müzakirə aparmaq real görünmür.

Tərəflər arasında aprelin 8-də əldə olunmuş müvəqqəti atəşkəsin müddəti aprelin 21-də bitir.

İran Hörmüz boğazını yenidən bağladığını elan etdi

Hörmüz boğazı
Hörmüz boğazı

İran Silahlı Qüvvələri ABŞ-nin davam edən blokadasını əsas gətirərək Hörmüz boğazında gəmiçilik hərəkətini yenidən dayandırıb.

İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahından verilən məlumata görə, strateji su yolu üzərində nəzarət "əvvəlki vəziyyətinə qayıdıb" və boğaz ordunun "ciddi idarəetməsi" altındadır.

Tehrandan bildirilib ki, Vaşinqton İran limanlarına qarşı blokada tədbirlərini tamamilə ləğv etməyənədək boğazda gəmilərin hərəkətinə qoyulan məhdudiyyətlər qüvvədə qalacaq.

Bir gün əvvəl - aprelin17-də İranın xarici işlər naziri Abbas Əraqçi Livandakı atəşkəs razılaşmasına istinad edərək Hörmüz boğazının gəmiçilik üçün açıldığını bildirmişdi. O, tranzitə yalnız əvvəlcədən razılaşdırılmış təhlükəsiz marşrutlar üzrə icazə veriləcəyini vurğulamışdı. Elə həmin gün münaqişə başlayandan bəri ilk dəfə — təxminən 47 günlük fasilədən sonra Malta bayrağı altında üzən kruiz gəmisi boğazdan keçə bilmişdi. Neft tankerləri də bu marşruta qayıtmağa başlamışdılar.

Davamı

XS
SM
MD
LG