Keçid linkləri

2026, 11 May, bazar ertəsi, Bakı vaxtı 18:20
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

Canlı İranda 35 milyon insan su qıtlığından əziyyət çəkir

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tramp İran limanlarına qarşı blokadanın qüvvədə qalacağını deyir

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə atəşkəsin qalan müddəti ərzində Hörmüz boğazının bütün kommersiya gəmiləri üçün tam açıq olduğunu elan edib. Nazir özünün X postunda bu addımın Livandakı atəşkəsə uyğun olaraq atıldığını bildirib. Vurğulayıb ki, gəmilərin boğazdan keçidi İranın Limanlar və Dənizçilik Təşkilatının əvvəlcədən müəyyən etdiyi koordinasiyalı marşrut üzrə gerçəkləşdiriləcək.

İran və ABŞ arasında aprelin 8-də ikihəftəlik atəşkəs elan edilib. İsrail və Livan isə aprelin 17-dən etibarən 10-günlük atəşkəs barədə razılığa gəliblər.

İranın açıqlamasından sonra ABŞ prezidenti Donald Tramp təşəkkür postu paylaşıb. Amma o, ABŞ-nin İran limanlarına qarşı blokadasının Vaşinqton və Tehran müharibəni bitirmək üçün razılaşma əldə edənədək qüvvədə qalacağını bildirib.

ABŞ bu blokadanı aprelin 13-dən tətbiq edib.

"İran Hörmüz boğazını bir daha heç vaxt bağlamamağa razılaşıb. Ondan daha dünyaya qarşı silah kimi istifadə olunmayacaq!", – Tramp başqa bir paylaşımında qeyd edib.

Fransa: Avropa Hörmüz boğazından təhlükəsiz keçidi təmin edə bilər

Belçika, Niderland və Fransa kimi Avropa ölkələri mina təmizləmə imkanlarına malikdir, bu isə Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinə kömək edə bilər. Bunu Fransanın müdafiə naziri Katrin Votren aprelin 17-də bildirib.

TF1 televiziyasına müsahibəsində Votren deyib ki, gəmiləri tam müşayiət etmək imkanları var: "Bu müşayiət heç bir şəkildə aqressiv xarakter daşımır, boğazdan təhlükəsiz keçidi təmin etməyə yönəlib. Məsələ bu gün Parisdə müzakirə olunacaq".

Aprelin 17-də Fransa və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Parisdə 40-a yaxın ölkənin nümayəndəsi bir araya gəlir. Məqsəd Hörmüz boğazında gəmilərin hərəkətini bərpa etmək üçün çoxtərəfli, müdafiə xarakterli missiya planlaşdırmaqdır.

Fevralın 28-də müharibə başlayandan İran Hörmüzü faktiki bloklayıb. Bu isə qlobal enerji bazarlarında böyük pozuntuya səbəb olub.

Aprelin 13-dən isə ABŞ İran limanlarını və sahil ərazilərini blokadaya alaraq bu ölkə ilə dəniz ticarətini məhdudlaşdırıb.

Neft ucuzlaşır

Aprelin 17-də dünya bazarında neft ucuzlaşıb. Buna ABŞ və İran arasında həftəsonu yeni danışıqlar gözləntisi səbəb olub. Digər səbəb İsrail ilə Livan arasında 10-günlük atəşkəsin investorlarda Yaxın Şərq münaqişəsinin sona yaxınlaşmasına ümid yaratmasıdır.

"Brent" markalı neftin fyuçersləri 1.84 dollar azalaraq bir barel üçün 97.55 dollara düşüb. ABŞ-nin "West Texas Intermediate" (WTI) markalı neft fyuçersləri isə 2.16 dollar ucuzlaşaraq 92.53 dollara enib.

İsrail-Livan atəşkəsinin müvəqqəti xarakter daşıması, İsrailin İran rejimini hədəf alma niyyəti və Hörmüz boğazının yaxın müddətdə açılma ehtimalının az olması qiymətlər üçün "dayaq" rolunu oynayır. Bunu "Reuters"ə PVM analitiki Tamaş Varqa deyib.

ING təhlilçilərinin hesablamalarına görə, Hörmüz boğazının bağlı qalması günə təxminən 13 milyon barel neft nəqlinin pozulması deməkdir.

İran builki Ordu Günü paradını ləğv edib

İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya bildirib ki, bu il ənənəvi Ordu Günü paradının keçirilməsi mümkün deyil. "Mövcud atəşkəs müharibə vəziyyətindən faktiki fərqlənmir", – o əlavə edib.

İlk dəfə 1979-cu ildə, İslam inqilabından sonra keçirilən Ordu Günü aprelin 18-nə düşür. Ruhulla Xomeyni onu İran ordusunun yeni İslam Respublikasına sədaqətini nümayiş etdirmək məqsədilə təsis edib. İlk dəfə Tehranda keçirilib, 1980-88-ci illər İran-İraq müharibəsi dövründə digər şəhərlərdə də qeyd olunmağa başlayıb.

Əkrəminiya deyib ki, bu il parad əvəzinə hərbi hissələrdə mədəni proqramlar təşkil olunacaq, zabitlər və əsgərlər cümə namazında iştirak edəcəklər.

Davamı

XS
SM
MD
LG