Keçid linkləri

2026, 17 Aprel, cümə, Bakı vaxtı 01:45
Trampın İran blokadası dünyaya nə vəd edir
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Trampın İran blokadası dünyaya nə vəd edir

Canlı Tramp: İsrail və Livan 10 günlük atəşkəsə razılaşıb

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

'Politico': ABŞ Rusiya neftinə sanksiyaları bərpa edib

ABŞ Rusiya neftinə qarşı sanksiyaları yenidən qüvvəyə mindirib. Bu haqda "Politico" nəşri yazır. İranla müharibə səbəbindən artıq tankerlərə yüklənmiş Rusiya neftinə sanksiyalar bir aylığına qaldırılmışdı.

Martın 13-də ABŞ Maliyyə Nazirliyinin məhdudiyyətləri yumşaltmasında məqsəd qiymətləri aşağı salmaq idi. ABŞ və İsrail fevralın 28-də İrana zərbələrə başlayandan Tehranın Hörmüz boğazını faktiki blokadaya alması dünya neft qiymətlərində kəskin artıma səbəb olmuşdu. Dünyada neftin 20 faizi bu boğazdan keçir.

Möhlətin müddəti aprelin 11-də başa çatıb.

"Politico" yazır ki, bəzi ABŞ senatorlar bu yumşaldılmanın dayandırılmasına çağırmışdılar. Onların sözlərinə görə, bu güzəştlər Rusiyaya və onun tərəfdaşlarına 4 milyard dollardan çox gəlir əldə etməyə imkan verib.

ABŞ prezidenti Donald Tramp daha öncə vəd edib ki, İrana qarşı hazırkı kampaniya bitincə, Rusiya neftinə sanksiyalar bərpa olunacaq. Maliyyə naziri Skott Bessent isə qeyd etmişdi ki, nazirliyin hesablamalarına görə, sanksiyaların yumşaldılması dövründə Rusiya maksimum 2 milyard dollar gəlir əldə edə bilərdi.

"The Financial Times" neftin bahalanmasından ən çox Rusiyanın faydalandığını bildirib. Aprelin əvvəlinə Rusiyanın "Urals" neftinin qiyməti son 13 ilin maksimumuna çatıb. Ekspertlərin proqnozuna görə, əlavə neft-qaz gəlirləri apreldə 1 trilyon rubla (13.3 milyard ABŞ dolları) çata və ya onu keçə bilər.

FT: İran ABŞ bazalarını izləmək üçün Çin istehsalı casus peyki əldə edib

İran Çin istehsalı casus peykini gizli şəkildə əldə edib və bu, ona Yaxın Şərqdə ABŞ hərbi bazalarını izləmək, potensial hədəfləri müəyyənləşdirmək üçün yeni imkanlar yaradıb. Bu haqda "The Financial Times" yazıb.

Qəzet İranın sızdırılan hərbi sənədlərinə istinadla bildirir ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) 2024-cü ildə TEE-01B peykini əldə edib. Ondan Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, İraq və digər ölkələrdə yerləşən bazaları izləmək məqsədilə faydalanıb. Peyk görüntülərinin raket və dron zamanı çəkildiyi bildirilir.

Peykin yüksək ayırdetmə qabiliyyəti İranın yerli sistemləri ilə müqayisədə ciddi texnoloji irəliləyiş sayılır. Təhlilçilərin fikrincə, Çinin yerüstü stansiyalarına çıxış İranın peyki qlobal miqyasda idarə etməsinə imkan verir. Bu da onun sıradan çıxarılmasını çətinləşdirir.

"Reuters" bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib. Vaşinqton və Pekin rəsmiləri isə məsələni şərh etməkdən imtina ediblər.

ABŞ Hörmüz boğazını tam blokadaya aldığını elan etdi

ABŞ İran limanlarını tam blokadaya alıb. İslam Respublikasının iqtisadiyyatının 90 faizini təmin edən beynəlxalq dəniz ticarəti “tamamilə” dayandırılıb. Bunu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib.

"İran limanlarının blokadası tam şəkildə həyata keçirilib. Amerika qoşunları İrana və İrandan dəniz ticarətini tamamilə dayandırıb", –CENTCOM komandiri Bred Kuper bildirib.

Komandanlığın məlumatına görə, ilk 24 saat ərzində heç bir gəmi Amerika blokadasını qıra bilməyib. Qeyd olunub ki, altı ticarət gəmisinə Oman körfəzindəki İran limanına qayıtmaq əmri verilib.

ABŞ prezidenti Donald Tramp İslamabadda İranla aparılan danışıqların uğursuz nəticələnməsindən sonra Hörmüz boğazının blokadaya alındığını elan edib. Danışıqların yeni raundu bu həftə keçirilə bilər.


Lavrov: Rusiya Çindəki enerji qıtlığını kompensasiya etməyə hazırdır

Rusiya xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, ölkəsi ABŞ-İsrail-İran münaqişəsi və Hörmüz boğazının qapadılması nəticəsində Çində yaranan enerji resursları çatışmazlığını kompensasiya etmək gücündədir.

Aprelin 15-də Pekinə səfəri çərçivəsində keçirilən mətbuat konfransında çıxış edən rusiyalı baş diplomat bildirib: "Rusiya, sözsüz ki, həm Çində, həm də bizimlə bərabərhüquqlu və qarşılıqlı faydalı əsaslarla əməkdaşlıqda maraqlı olan digər ölkələrdə yaranmış resurs çatışmazlığını aradan qaldıra bilər".

ABŞ Hərbi Dəniz Qüvvələrinin İran limanlarına və sahil bölgələrinə daxil olan gəmilərə qarşı tətbiq etdiyi blokada bu həftə qüvvəyə minib. Bu addım ötən həftəsonu ABŞ və İran nümayəndələri arasında keçirilən sülh danışıqlarının nəticəsiz qalmasından sonra atılıb.

Davamı

XS
SM
MD
LG