Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 05:02
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

Canlı İranda 35 milyon insan su qıtlığından əziyyət çəkir

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İran azərbaycanlıları ümidsizdir: 'Çətin günlər gəlir'

İrandan olan azərbaycanlı mühacir Arəş Mokaridust deyir ki, İran rejiminin əvvəlki davranışlarına baxdıqda xarici təzyiq azalan kimi daxili təzyiqlərin artdığı dəfələrlə müşahidə olunub: "Qeyri-fars millətləri, xüsusən güney azərbaycanlılar arasında mövcud şəraitdə razılaşmanın İran xalqı üçün daha azad və təhlükəsiz gələcək vəd etmədiyi, əksinə, daha çətin, təzyiq dolu günlərin gələcəyi ilə bağlı narahatlıqlar var".

İran azərbaycanlıları ümidsizdir: 'Çətin günlər gəlir'
Gözlə

No media source currently available

0:00 0:02:56 0:00

ABŞ İraqı İrana bağlı qrupların hücumlarının qarşısını almağa çağırır

Bağdadda ABŞ-nin əsas diplomatik obyektinə dron zərbəsindən və ABŞ diplomatlarına qarşı pusqudan sonra İraqın Vaşinqtondakı səfiri ABŞ Dövlət Departamentinə çağırılıb.

Departamentin məlumatına görə, dövlət katibinin müavini Kristofer Landau aprelin 9-da İraqın səfiri Nizar Xeyrullanı çağırıb. İranla əlaqəli silahlı qrupların İraq ərazisindən ABŞ diplomatik heyətinə və obyektlərinə "ağır terror hücumları" qəti şəkildə pislənilib. Aprelin 8-də Bağdadda ABŞ diplomatlarına qarşı pusqu da bu hücumlar sırasındadır.

Bağdaddakı ABŞ səfirliyi daha öncə bildirmişdi ki, İranla əlaqəli olduğunu iddia etdiyi silahlı qrup Bağdad Diplomatik Dəstək Mərkəzi və Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında bir neçə dron hücumu həyata keçirib.

K.Landau İraq təhlükəsizlik qüvvələrinin cavab tədbirləri gördüyünü etiraf edib, amma İraq hökumətinin bu hücumların qarşısını ala bilmədiyini vurğulayıb.

Netanyahu Livanla sülh danışıqlarına başlamağı tapşırıb

İsrailin baş naziri Binyamin Netanyahu Nazirlər Kabinetinin iclasında "ən qısa müddətdə" Livan ilə birbaşa sülh danışıqlarının başlanmasına göstəriş verib. Bu barədə onun dəftərxanasının açıqlamasında bildirilir.

Bəyanata görə, danışıqlar İranyönümlü "Hizbullah" qruplaşmasının tərksilah edilməsi və İsrail ilə Livan arasında sülh münasibətlərinin tənzimlənməsinə yönələcək.

"Axios" məlumatlı mənbəyə istinadən xəbər verir ki, İsrail ilə Livan arasında birbaşa danışıqlar gələn həftə Vaşinqtonda başlayacaq. Bununla belə, atəşkəs hələ elan edilməyib.

Həftənin əvvəlində ABŞ və İran ikihəftəlik atəşkəsə razılıq veriblər. ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında gəmiçiliyin bərpa olunması şərti ilə İrana hücumları dayandırmağa hazır olduğunu bildirib. İsrail bu qərarı dəstəkləsə də, atəşkəsin Livana şamil olunmayacağını açıqlayıb. İran xəbərdarlıq edib ki, İsrail "Hizbullah"a qarşı əməliyyatlarını davam etdirərsə, Tehran atəşkəs rejimindən çıxa bilər.

İranın nüvə rəhbəri uranın zənginləşdirilməsinə məhdudiyyəti rədd edir

İranın Atom Enerjisi Təşkilatının rəhbəri ölkədə uranın zənginləşdirilməsinə məhdudiyyəti rədd edib. Məhəmməd İslami bildirib ki, "zənginləşdirmə proqramını məhdudlaşdırmaq sadəcə arzudur, məzara gömüləcək".

İslami aprelin 9-da Tehranda, mərhum ali lider Əli Xameneinin qətlinin 40-cı günü münasibətilə mərasimdə çıxış edib. O vurğulayıb ki, "heç bir qanun və ya şəxs" zənginləşdirmə proqramını dayandıra bilməz.

Aprelin 10-da Pakistanın İslamabad şəhərində İran və ABŞ arasında danışıqlar planlaşdırılır. Bu açıqlamalar belə bir ərəfədə səslənir.

ABŞ bildirib ki, müharibəni bitirəcək hər hansı razılaşmanın əsas şərtlərindən biri İranın uranın zənginləşdirilməsi proqramının tamamilə ləğvidir. İran isə uranı zənginləşdirmək hüququnu fundamental, müzakirə olunmayacaq tələb sayır.

İranın nüvə obyektləri


Davamı

XS
SM
MD
LG