Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 05:55
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

Canlı İranda 35 milyon insan su qıtlığından əziyyət çəkir

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İran nümayəndə heyəti bu gün Pakistana gedir

İran nümayəndə heyəti aprelin 9-u axşam saatlarında İslamabada çatacaq. Bunu İranın Pakistandakı səfiri Rza Əmiri Moğəddəm bildirib. Onun sözlərinə görə, nümayəndə heyəti ABŞ tərəfi ilə "ciddi danışıqlar" aparacaq.

"İsrail rejiminin atəşkəsi dəfələrlə pozmasının İran ictimai rəyində yaratdığı skeptisizmə baxmayaraq... İran nümayəndə heyəti İranın irəli sürdüyü 10 bənd əsasında ciddi danışıqlar üçün bu gecə İslamabada gəlir", – səfir X sosial şəbəkəsində yazıb.

PS: İranın nümayəndə heyəti Pakistana getməyə də bilər. Səfir Moğəddəmin X paylaşımı silinib.

Tramp: 'Real razılaşma' əldə olunana qədər ABŞ ordusu İranın yaxınlığında qalacaq

ABŞ prezidenti Donald Tramp aprelin 8-i gecə saatlarında sosial şəbəkədə yazıb ki, "əldə olunan REAL RAZILAŞMA tam yerinə yetirilənədək" Amerika gəmiləri, təyyarələri və hərbi personalı Yaxın Şərqdə qalacaq.

"REAL RAZILAŞMA tam şəkildə yerinə yetirilənədək bütün ABŞ gəmiləri, təyyarələri və hərbi personalı xeyli zəiflədilmiş düşmənin ölümcül məhvi üçün əlavə sursat, silahlar və zəruri digər vasitələrlə birlikdə İranda və ətrafında öz yerlərində qalacaqlar", – o, "Truth Social"da yazıb.

O əlavə edib ki, real razılaşma olmasa, -onun fikrincə, bu, az ehtimal olunandır, - "o zaman indiyə qədər heç kimin görmədiyi daha böyük, daha yaxşı təşkil olunmuş və daha güclü atışma başlayacaq".

Trampın yazdığına görə, "əksini iddia edən bütün saxta ritorikaya baxmayaraq, İranın NÜVƏ SİLAHI OLMAYACAQ, Hörmüz boğazı AÇIQ və TƏHLÜKƏSİZ OLACAQ".

Bundan az öncə isə Tramp İranın 10-bəndlik sülh planı ilə bağlı yayılan xəbərləri "tamamilə saxta" adlandırıb. O, "The New York Times" qəzetini, CNN televiziyasını İranla danışıqlar barədə "tamamilə saxta 10-bəndlik sülh planı" yaymaqda ittiham edib.


Küveyt və BƏƏ raket və dron hücumları olduğunu bildirirlər

ABŞ və İran müvəqqəti atəşkəs elan edəndən bir neçə saat sonra Küveyt və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın raket və dron hücumlarını dəf etdiklərini bildiriblər.

İran isə aprelin 8-i səhər saatlarında Lavan adasındakı neft obyektlərinin hədəf alındığını açıqlayıb.

"BƏƏ-nin hava hücumundan müdafiə sistemləri İrandan gələn raket və dron hücumlarının qarşısını alır", – bunu BƏƏ Müdafiə Nazirliyi aprelin 8-də bəyanatında bildirib.

Küveyt ordusunun açıqlamasına görə, ölkənin hava müdafiə sistemləri səhər saat 8-dən başlayaraq İslam Respublikasından gələn "kompakt dalğalı" dron hücumlarını dəf edib. Küveytə yönəlmiş 28 dronun zərərsizləşdirildiyi bildirilib. Məlumata görə, bu dronların bir qismi ölkənin cənubundakı mühüm neft obyektlərini və elektrik stansiyalarını hədəfə alıb, böyük maddi ziyan vurub.

İranın Milli Neft Emalı və Paylama Şirkəti isə bildirib ki, Lavan adasındakı neft emalı zavodu səhər saat 10 radələrində hücuma məruz qalıb. Xəsarət alan olmayıb, yanğının nəzarətə alındığı bildirilir.

Hücumların mənbəyi ilə bağlı hələlik məlumat yoxdur. İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli "Tasnim" agentliyi hücumlarla bağlı qısa xəbər paylaşıb: "BƏƏ və Küveytə raket və dron hücumları İranda Lavan adasındakı neft obyektlərinin hədəfə alınmasından bir neçə saat sonra baş verib".

İran ABŞ ilə İslamabad danışıqlarında iştirakını təsdiqləyir

İran aprelin 10-da ABŞ ilə İslamabadda keçiriləcək danışıqlarda iştirak edəcək. Bunu İran prezidenti Məsud Pezeşkian Pakistanın baş naziri Şahbaz Şərifə deyib.

Şərifin ofisinin açıqlamasına görə, iki lider aprelin 8-də 45 dəqiqə "isti və səmimi" söhbət ediblər.

"Prezident Pezeşkian qarşıdakı danışıqlarda İranın iştirakını bir daha təsdiqlədi və Pakistanın səylərinə görə təşəkkürünü bildirdi", – Şərif İran prezidenti ilə telefon danışığından sonra X platformasında yazıb.

Şərif bundan öncə demişdi ki, bütün mübahisələri həlli edəcək yekun razılaşma üçün danışıqlar aparmaqdan ötrü ABŞ və İranın nümayəndə heyətlərini aprelin 10-da İslamabada dəvət edib.

İranın danışıqlar heyətinə parlamentin mühafizəkar sədri Məhəmməd Baqer Qalibafın rəhbərlik edəcəyi gözlənilir. Xəbəri İranı yarı-rəsmi ISNA agentliyi yayıb. ABŞ tərəfini isə vitse-prezident Cey Di Vens təmsil edə bilər. Məlumatı nə ABŞ, nə də İran hökumətləri rəsmən təsdiqləyib.

Davamı

XS
SM
MD
LG