Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 06:49
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

Canlı İranda 35 milyon insan su qıtlığından əziyyət çəkir

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Vens: Tramp İranla bağlı irəliləyişi 'səbirsizliklə gözləyir'

ABŞ prezidenti Donald Tramp İranla müharibənin sona çatdırılması yönündə proqresi "səbirsizliklə gözləyir", danışıq komandasına iranlılarla vicdanla danışıqlar aparmağı tapşırıb. Bunu vitse-prezident Cey Di Vens aprelin 8-də deyib.

Vens Macarıstana səfəri çərçivəsində Budapeştdə danışıb. Onun sözlərinə görə, İran səmimi danışıqlar apararsa, razılaşma mümkündür. Ancaq vitse-prezident xəbərdarlıq edib ki, İran sisteminin bəzi hissələri danışıqlara konstruktiv yanaşsa da, digərləri belə davranmır. O, vəziyyəti "kövrək atəşkəs" adlandırıb.

"O səbirsizdir. O, irəliləyiş görmək istəyir. Bizə vicdanla danışıqlar aparmağı tapşırıb və düşünürəm ki, onlar da vicdanla danışıqlar aparsalar, razılığa gələ bilərik", – Vens əlavə edib.

ABŞ və İran Pakistanın vasitəçiliyi ilə iki həftəlik atəşkəsə razılaşıblar. Tramp bundan öncə İrana Hörmüz boğazını açması üçün möhlət vermiş, əks halda, onu – "bütöv bir sivilizasiyasını" məhv etməklə hədələmişdi.

İranda 40 gündür internet kəsilib

ABŞ və İranın müvəqqəti atəşkəs elan etməsinə baxmayaraq, İranda artıq 40-cı gündür internet bloklanır. Bunu vebkəsintiləri izləyən "NetBlocks" qrupu bildirir.

"NetBlocks" aprelin 8-də X platformasında yazıb ki, "ABŞ və İranın hərəsinin özünü qalib elan etdiyi bir vaxtda da müharibə dövrünə aid senzura tədbiri davam edir, bu da İran xalqının qaranlıqda qalması ilə nəticələnib".

'Türkiyə sərhədi bağlayandan İran azərbaycanlıları ilə əlaqə kəsilib'
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00


Zelenski Ukraynanın Rusiya ilə atəşkəsə hazır olduğunu deyir

Aprelin 8-də Ukrayna prezidenti Volodimir Zelenski ABŞ və İranın əldə etdiyi atəşkəsi alqışladığını bildirib. O əlavə edib ki, Moskva zərbələri dayandırarsa, Kiyev də eyni şəkildə cavab verməyə hazırdır.

"Ukrayna hər zaman Rusiyanın Avropada dövlətimizə və xalqımıza qarşı apardığı müharibədə atəşkəsə çağırıb. Biz Yaxın Şərqdə və Körfəz regionunda diplomatik səylərə yol açan atəşkəsi dəstəkləyirik", – prezident X platformasında yazıb.

Starmer Körfəz regionuna yollanır

Böyük Britaniyanın baş naziri Kir Starmer aprelin 8-də Körfəz regionuna səfər edəcəyini açıqlayıb. O, ABŞ və İran arasında müvəqqəti atəşkəs elan olunmasının ardından region liderləri ilə görüşəcək.

Baş nazirin ofisi bildirib ki, səfərin məqsədi atəşkəsi qorumaq, onu uzunmüddətli razılaşmaya çevirmək üçün diplomatik səyləri gücləndirməkdir. Onun aprelin 10-da Böyük Britaniyaya qayıdacağı gözlənilir.

Starmer bəyanatında iki həftəlik atəşkəs razılaşmasını alqışladığını bildirib, bunu region və dünya üçün "sakitlik anı" adlandırıb. O vurğulayıb ki, Britaniya tərəfdaşları ilə birlikdə atəşkəsi dəstəkləmək və davam etdirmək üçün çalışacaq.

Bu səfər atəşkəs elanından öncə planlaşdırılmışdı.

ABŞ prezidenti Donald Tramp bundan öncə Britaniya liderini ABŞ və İsrailin İrana hücumlarını dəstəkləmədiyinə görə tənqid etmişdi.

Davamı

XS
SM
MD
LG