Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 11:48
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

İrandan ABŞ-yə ultimatum: Şərtlərimizi qəbul edin, başqa yol yoxdur

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Xameneinin iş qabiliyyətini itirdiyi deyilir

İranın yeni ali rəhbəri Müctəba Xamenei iş qabiliyyətini itirib, Qum şəhərində müalicə olunur, bu səbəbdən ölkəni idarə edə bilmir. Bunu Londonda çıxan "The Times" qəzeti əldə etdiyi kəşfiyyat məlumatına istinadla yazıb.

Məlumatın ABŞ və İsrailin Fars körfəzi müttəfiqləri ilə paylaşdığı kəşfiyyat bilgisinə əsaslandığı deyilir. Məlumata görə, Müctəba atasının, Əli Xameneinin öldürüldüyü hücumda yaralanıb, ağır və huşsuz vəziyyətdədir.

Xameneinin yeni ali lider elan olunandan bəri ictimaiyyət qarşısında görünməməsi, yalnız yazılı bəyanatlarının, süni intellektlə hazırlanmış görüntülərin yayılması onun rəhbərliyi ilə bağlı şübhələri artırıb.

Məlumatda o da bildirilir ki, Qumda ata Xameneinin dəfninə hazırlıqlar gedir. Ailə üzvlərinin də sığa biləcəyi böyük məqbərə planlarının olduğu vurğulanır.

Bütün bunlar İranda hakimiyyətdə əslində kimin olması ilə bağlı suallar yaradır. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkəyə faktiki nəzarət etdiyi ehtimal olunur.

İran atəşkəsi rədd edir, müharibənin həmişəlik dayandırılmasını tələb edir

Tehran müvəqqəti atəşkəsi rədd edir, döyüşlərin həmişəlik dayandırılmasını tələb edib. İran ABŞ-nin müharibəni dayandırmaq təkliflərinə Pakistan vasitəsilə təqdim etdiyi 10-bəndlik cavabında belə bir mövqe ortaya qoyub. Xəbəri İranın rəsmi IRNA xəbər agentliyi aprelin 6-da yayıb.

IRNA-nın məlumatına görə, İran hakimiyyətinin ən yüksək səviyyələrində iki həftə ərzində hazırlanmış bu cavabda müvəqqəti atəşkəs istisna edilir, bir sıra şərtlər irəli sürülür. Şərtlərə regionda döyüşlərin tam dayandırılması, Hörmüz boğazı üçün təhlükəsiz keçid mexanizmi, bərpa öhdəlikləri, sanksiyaların ləğvi daxildir.

IRNA əlavə detalları açıqlamayıb.

İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai də aprelin 6-da Tehranın mövqeyini ifadə edib.

"Atəşkəs o deməkdir ki, yenidən toparlanmaq və yenidən cinayətlər törətmək üçün fasilə yaradılır. Heç bir ağıllı insan bunu etməz", – o, həftəlik mətbuat konfransında bildirib.

İran rəsmiləri açıq şəkildə deyiblər ki, Qəzza və ya Livanın vəziyyətinə düşmək istəmirlər, kağız üzərində atəşkəs onları yeni hücumlar qarşısında zəif duruma salıb.

ABŞ prezidenti Donald Tramp isə xəbərdarlıq edib ki, Tehran Hörmüz boğazını açmasa, ABŞ İranın elektrik stansiyaları və körpülərinə qarşı genişmiqyaslı bombardman həyata keçirə bilər. O, tələbinin icrası üçün aprelin 7-si, ABŞ Şərq vaxtı ilə saat 20:00-ı son möhlət qoyub.


Cənubi Parsda neft-kimya obyektlərinə zərbələr endirilib

"Cənubi Pars" qaz yatağı
"Cənubi Pars" qaz yatağı

Aprelin 6-da İsrail İranın cənubundakı neft-kimya obyektlərinə zərbə endirib. İran mediası obyektlərə ziyan dəydiyini, ancaq itki qeydə alınmadığını yazır.

Ölkənin cənubunda Əsaluyədə əsas enerji mərkəzlərindən olan "Cənubi Pars" neft-kimya kompleksinin hədəf götürüldüyü deyilir.

İsrailin müdafiə naziri İsrail Kats aprelin 6-da bildirib ki, "İsrail İranın ən böyük neft-kimya obyektinə, Əsaluyədə yerləşən, ölkənin neft-kimya istehsalının təxminən 50 faizinə cavabdeh əsas hədəfə güclü zərbə endirib".

İran mənbələri kompleksləri elektrik, su və oksigenlə təmin edən xidmət qurumlarının hədəfə alındığını bildirib. Bu, fəaliyyətin pozulmasına səbəb olub, amma əsas zavoda ziyan dəyməyib.

Son vaxtlar enerji infrastrukturuna zərbələr artıb.

"Cənubi Pars" qaz yatağı İranın daxili enerji təminatında vacib rol oynayır. Bu yataq, Məhşəhrdəki neft-kimya obyektləri əvvəl də hədəfə alınmışdı.

Koşta mülki infrastrukturun hədəfə alınması ilə bağlı xəbərdarlıq edib

Yaxın Şərqdə beş həftədir davam edən münaqişəni yalnız diplomatik yolla nizamlamaq mümkündür. Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antoniu Koşta belə deyir.

O, aprelin 6-da X platformasında vurğulayıb ki, "mülki infrastrukturun, xüsusilə enerji obyektlərinin hədəfə alınması qanunsuz və qəbuledilməzdir". Koşta xəbərdarlıq edib ki, eskalasiyadan ən çox mülki əhali zərər görəcək.

Avropa diplomatının fikrincə, yalnız danışıqlar sülh gətirə bilər. O, İranı regionda hücumları dayandırmağa, həmçinin Hörmüz boğazında gəmiçiliyi bərpa etməyə çağırıb.

Bu açıqlamalardan öncə ABŞ prezidenti Donald Tramp Tehran boğazı açmayacağı halda İranın enerji infrastrukturuna zərbələr endirməklə hədələyib.

Davamı

XS
SM
MD
LG