Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 12:57
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

İrandan ABŞ-yə ultimatum: Şərtlərimizi qəbul edin, başqa yol yoxdur

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İranda daha bir etirazçı edam edilib

İranda yanvar etirazlarında saxlanılan daha bir şəxs edam edilib. Xəbəri HRANA insan hüquqları qrupu İran məhkəmə hakimiyyətinin "Mizan" media orqanına istinadla yayıb.

Ali Məhkəmə Əli Fəhim barəsində hökmü qüvvədə saxlayıb və o, aprelin 6-da edam olunub.

Tehran İnqilab Məhkəməsi onu təhlükəsizliklə bağlı ittihamlar üzrə, "Bəsic"in bazasının yandırılmasında iştirakda təqsirli bilib. Amma insan haqları qrupları bu ittihamları mübahisələndirib.

Bununla da son günlər eyni iş üzrə edam edilənlərin sayı dördə çatıb. Eyni iş üzrə daha bir təqsirləndirilən Əbülfəzl Salehi Siavoşanidir. Onun təkadamlıq kameraya köçürüldüyü bildirilir. Bu isə onun yaxın zamanda edam edilə biləcəyi sarıdan qorxuları artırır.

İnsan haqları qurumları İranda ölüm cəzasının tətbiqini tənqid edir, məcburi etirafların alındığını, ədalətsiz məhkəmələrin keçirildiyini vurğulayır.

İran vasitəçilərin atəşkəs təklifinə cavab hazırlayıb

Tehran atəşkəs təkliflərinə cavab olaraq öz maraqları əsasında mövqelər və tələblər formalaşdırıb, vasitəçilərin köməyi ilə qarşı tərəfə çatdırıb. Bunu İranın Xarici İşlər Nazirliyi (XİN) bu gün, aprelin 6-da bildirib.

Nazirliyin sözçüsü İsmayıl Bəqainin dediyinə görə, cavabın detalları vaxtı gələndə açıqlanacaq. "Danışıqlar ultimatumlara, müharibə cinayətləri törətmək təhdidlərinə uyğun gəlmir", – o əlavə edib.

"İran özünün legitim tələblərini açıq ifadə etməkdən çəkinmir. Bu, güzəşt əlaməti yox, mövqelərini müdafiə etməkdə özünəinamın göstəricisi sayılmalıdır", – Bəqai mətbuat konfransında deyib. Onun sözlərinə görə, ABŞ-nin öncəki tələbləri, 15-bəndlik planı aşırı olduğu üçün rədd edilib.

Bu açıqlamadan öncə İrandan yüksəkrütbəli rəsmi "Reuters"ə deyib ki, İran müvəqqəti atəşkəs çərçivəsində Hörmüz boğazını açmayacaq, razılaşma əldə etmək üçün möhlət və təzyiqləri qəbul etməyəcək. Rəsminin sözlərinə görə, Vaşinqton hələlik daimi atəşkəsə hazır deyil.

"Axios" aprelin 5-də ilk olaraq yazıb ki, ABŞ, İran və regional vasitəçilər potensial 45 günlük atəşkəsi müzakirə edirlər.

İstənilən razılaşma Hörmüz boğazından keçidin təmin olunmasına zəmanət verməlidir. Bunu isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin müşaviri Ənvər Qarqaş bildirib. O xəbərdarlıq edib ki, İranın nüvə proqramını, raket və dron imkanlarını məhdudlaşdırmayan razılaşma daha təhlükəli və daha qeyri-sabit Yaxın Şərqə yol aça bilər.

İran və İsrailin qarşılıqlı hücumlarında ölənlər var

ABŞ və İsrailin Tehran yaxınlığına hava zərbələri nəticəsində azı 19 nəfər həlak olub, 20 nəfər yaralanıb. Bunu aprelin 6-da İranın dövlət mediası bildirib.

Rəsmi IRNA agentliyinin yerli rəsmilərə istinadla yazdığına görə, Şəhriyar və Baharestan rayonları vurulub, iki yaşayış binası dağıdılıb.

Dağıntılar altından bir neçə meyit çıxarılıb.

İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) yaxın "Tasnim" agentliyi xəbər verib ki, ölənlər arasında yaşı 10-dan aşağı altı uşaq da var.

İsrail mediası isə aprelin 6-da bildirib ki, İran həmin gün Tel-Əviv ərazisinə raket hücumunda kaset sursatlardan istifadə edib. "Ynet" agentliyinin məlumatına görə, təxminən 20 nöqtəyə zərbə qeydə alınıb.

Bir neçə nəfər yaralanıb, onlardan biri ağır vəziyyətdədir, bir məktəbə də zərbə dəyib.

Hayfaya zərbələr nəticəsində isə iki nəfər həlak olub, avtomobillər yanıb.

Tehranda Şərif Texnologiya Universitetinə hava zərbəsi endirilib

Aprelin 6-sı səhər saatlarında Tehrandakı Şərif Texnologiya Universiteti hava zərbəsi ilə vurulub. Bu haqda AzadlıqRadiosunun fars xidməti məlumat yayıb.

Universitetin rektoru bir neçə saat sonra bildirib ki, universitet daxilindəki elmi müəssisə vurulub, binanın bəzi hissələrinə ziyan dəyib.

İran mediası daha öncə universitet ərazisindəki qaz qurğusunun mərmi ilə vurulduğunu, nəticədə əraziyə qaz verilişinin dayandırıldığını xəbər verib. Sonradan təchizatın bərpa olunduğu bildirilib.

İnternetdə yayılan görüntülər universitetin bəzi hissələrinə, ətraf ərazilərə, məscidinə ciddi ziyan dəydiyini göstərir.

Aprelin 5-i gecə saatlarında İranın bir neçə şəhərdə partlayışlar, hava hücumundan müdafiə sistemlərinin işə düşməsi haqda məlumatlar yayılıb. Tehranda bir neçə partlayış səsi, eyni zamanda paytaxt üzərində qırıcı təyyarələrin səsi eşidilib.

Bu gün, aprelin 6-da ABŞ və İsrailin İrana hava zərbələrinin başlamasının 38-ci günüdür.

Davamı

XS
SM
MD
LG