Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 15:42
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

İranda daha bir məhbus edam edilib

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Azərbaycan neftinin qiyməti tarixi rekorda yaxınlaşır

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

Aprelin 3-də "Azeri Light" markalı neftin bir barelinin qiyməti 10.89 dollar və ya 8.33 faiz artaraq 141.68 dollar olub.

"Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15.81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149.66 ABŞ dolları) qeydə alınıb.

Ümumilikdə son bir ayda dünyada neftin qiyməti 70 faizdən çox bahalaşıb.

Bu İsrail, ABŞ-İran müharibəsi və İranın Hörmüz boğazını bağlaması ilə izah edilir. Dünyada neft və qazın təxminən 20 faizi Hörmüzdən keçir.

Zelenski Hörmüzlə bağlı ölkəsinin təcrübəsini təklif edir

Ukrayna prezidenti Volodimir Zelenski Hörmüz boğazında gəmiçiliyin təmin olunması üçün ölkəsinin təcrübəsini təklif edib. O bildirib ki, Ukrayna Qara dənizdə gəmilərin hərəkət azadlığı ilə təcrübəsini Hörmüzün açılmasına çalışan ölkələrlə bölüşməyə hazırdır. Yaxın Şərqdə gedən münaqişə fonunda bu strateji əhəmiyyətli boğaz faktiki bağlanıb.

Zelenski aprelin 2-də gecə videomüraciətində deyib ki, Ukraynanın xarici işlər naziri Andriy Sibiqa Böyük Britaniyanın təşəbbüsü ilə keçirilən onlayn iclasa qatılıb. İclas İranın bağladığı boğazın yenidən açılmasına həsr olunub.

"Ukraynanın dəniz yolları, dəniz nəqliyyatının qorunması və bərpası ilə bağlı təcrübəsi var", – Zelenski bildirib, amma detallı danışmayıb.

Böyük Britaniyanın xarici işlər naziri Yvet Kuper iclasda İranın boğazı bağlamasını "məsuliyyətsizlik" adlandırıb. Bu durum qlobal iqtisadiyyatda xaos yaradıb. Dünyada neft və qazın təxminən 20 faizi Hörmüzdən keçir.

Kiyev son illər dəniz dronları daxil, texnologiyaları inkişaf etdirib, Qara dənizdə Rusiya gəmilərinə qarşı ciddi uğurlar əldə edə bilib, Moskvanın bu su hövzəsinə nəzarətini önləyib.

Zelenski bu yaxınlarda Yaxın Şərqə səfəri zamanı liderlərlə görüşüb. Məqsəd həm də Rusiya işğalına qarşı beşinci ildir gedən müharibədə hazırlanmış müdafiə texnologiyalarını region ölkələrinə təqdim etmək idi.

Azərbaycan prezidenti deyib ki, İrana humanitar yardım davam edəcək

Aprelin 2-də İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan prezidentinin mətbuat xidmətinin məlumatına görə, Pezeşkian İrana göstərdikləri humanitar yardıma görə Əliyevə minnətdarlığını bildirib.

Açıqlamaya görə, Əliyev ölkəsinin İrana göstərdiyi humanitar yardımın davam edəcəyini deyib, yaxın zamanlarda növbəti humanitar yardımın göndəriləcəyini vurğulayıb.

"İranda vəziyyətin gərginləşməsindən narahatlığını ifadə edən dövlətimizin başçısı həlak olan İran vətəndaşlarına Allahdan rəhmət diləyib. Prezident İlham Əliyev qarşıdurmanın tez bir zamanda sona çatmasını arzuladığını bildirib", - Mətbuat xidməti qeyd edir.

Martın 5-də Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumları olmuşdu. Dörd nəfərin xəsarət aldığı bu hücuma görə Azərbaycan prezidenti İranı günahlandırmışdı.

Ardınca da iki ölkə arasında avtomobil yükdaşımaları dayandırılmışdı.

Amma martın 8-də iki ölkə prezidentinin telefon danışığından sonra əlaqələr bərpa edilmiş, Azərbaycandan İrana humanitar yardım göndərilmişdi.

Azərbaycan tərəfinin açıqlamasına görə, rəsmi Tehran Naxçıvana hücumda əllərinin olmadığını, amma məsələnin araşdırılacağını bildirib.

Makron: Hörmüz boğazını 'azad etmək' üçün hərbi əməliyyat 'real deyil'

Emmanuel Makron
Emmanuel Makron

Hörmüz boğazını “azad etmək” məqsədilə hərbi əməliyyat başlatmaq real deyil, bunun əvəzində İranla əməkdaşlıq olunmalıdır. Bunu Fransa prezidenti Emmanuel Makron aprelin 2-də deyib.

“Bəziləri Hörmüz boğazını güc yolu ilə, hərbi əməliyyat vasitəsilə azad etməyə çağırır, bəzən ABŞ bu mövqedən çıxış edir”, – AFP-nin məlumatına görə, Makron Cənubi Koreyaya səfəri zamanı deyib.

“‘Bəzən’ deyirəm, çünki bu yanaşma dəyişkən olub. Biz heç vaxt bu variantı seçməmişik, bunu real saymırıq”, – Makron əlavə edib.

Fransa prezidentinin sözlərinə görə, belə bir əməliyyat “həddindən artıq çox vaxt aparar, boğazdan keçən hər kəsi sahilboyu (İranın) İnqilab Keşikçiləri Korpusunun ciddi resursları, ballistik raketləri, bir çox digər risklərlə üz-üzə qoyar”.

Davamı

XS
SM
MD
LG