Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 18:52
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

İranlı deputat: 'Hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirərik'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tramp İranın ABŞ-dən atəşkəs istədiyini deyir. İran təkzib edir

İranda yeni lider Birləşmiş Ştatlardan atəşkəs istəyib. Bunu ABŞ prezidenti Donald Tramp "Truth Social" hesabında yazıb. Onun sözlərinə görə, ABŞ bu təklifi Hörmüz boğazı açılanda nəzərdən keçirəcək.

"İranda sələflərindən daha az radikal və daha ağıllı olan yeni prezidenti indicə Birləşmiş Ştatlara atəşkəs üçün müraciət edib! Biz Hörmüz boğazı açıq, sərbəst və təhlükəsiz olduqda buna baxacağıq. O vaxta qədər isə İranı məhv edəcəyik və ya, necə deyərlər, onu daş dövrünə qaytaracağıq!", - Tramp yazıb.

İran Trampın dediyini təkzib edib. "İranın atəşkəs istəməsi haqda Trampın bəyanatları saxta və əsassızdır", – XİN-in sözçüsü İsmayıl Bəqai deyib.

İran müharibəsinin Avstraliya üçün iqtisadi şokları

Avstraliyanın baş naziri Entoni Albaneze aprelin 1-də Yaxın Şərqdəki müharibə ilə bağlı xalqa nadir müraciət edib. Bir aydır gedən İran müharibəsi regionu bürüyüb, enerji təchizatı pozulub, qlobal iqtisadiyyatın xaosa sürüklənə biləcəyi riski yaranıb.

Albaneze avstraliyalılara xəbərdarlıq edib ki, ABŞ və İsrailin İranla müharibəsi səbəbindən "qarşıdakı aylar asan keçməyəcək". Fevralın 28-də müharibə başlayandan İran cavab tədbiri olaraq Hörmüz boğazını faktiki bağlayıb. Dünyada neft və mayeləşdirilmiş təbii qazın 20 faizi bu boğazdan keçir.

"Reallıq budur ki, bu müharibənin yaratdığı iqtisadi şoklar aylarla çəkəcək", – o bildirib.

"Yaxın Şərqdəki müharibə benzin və dizel qiymətlərində tarixən ən böyük artıma səbəb olub. Avstraliya bu müharibənin birbaşa iştirakçısı deyil. Amma bütün avstraliyalılar buna görə daha yüksək bədəl ödəyir", – baş nazir əlavə edib.

Albaneze martın 31-də bildirib ki, hökumət benzin və dizelə xüsusi vergini iki dəfə azaldacaq. Məqsəd müharibənin yaratdığı bahalaşmanın təsirini azaltmaqdır.

Avstraliya son 15 ilin ən yüksək yanacaq ehtiyatlarına malikdir. Ancaq bu göstərici Beynəlxalq Enerji Agentliyinin tövsiyə etdiyi 90 günlük səviyyədən xeyli aşağıdır.

Starmer: İranla münaqişə 'bizim müharibəmiz deyil'

Böyük Britaniyanın baş naziri Kir Starmer Yaxın Şərqdəki münaqişə ilə bağlı xalqa müraciət edib.

"Bu, bizim müharibəmiz deyil. Biz bu münaqişəyə cəlb olunmayacağıq", – o deyib.

Baş nazir bu müharibənin Britaniyanın milli maraqlarına uyğun olmadığını bildirib: "Böyük Britaniyada yaşayış xərclərini dəstəkləməyin ən effektiv yolu Yaxın Şərqdə gərginliyin azaldılmasına, enerji üçün həyati əhəmiyyətli Hörmüz boğazının yenidən açılmasına çalışmaqdır".

"Aydındır ki, bu müharibə ölkəmizin gələcəyinə təsir edəcək", – Starmer əlavə edib.

"Ona görə də bu gün Britaniya xalqını əmin etmək istəyirəm ki, bu fırtına nə qədər güclü olursa-olsun, onu dəf edə biləcəyik, bundan daha güclü, daha təhlükəsiz bir ölkə kimi çıxmaq üçün uzunmüddətli planımız var", – baş nazir vurğulayıb.

Tramp 'iki-üç həftə' deyir, İran danışıqları inkar edir

Donald Tramp
Donald Tramp

ABŞ prezidenti Donald Tramp İranla müharibənin iki-üç həftəyə başa çatacağını gözlədiyini deyib.

O, martın 31-də Ağ evdə sərəncam imzalayarkən danışıb. Tramp bildirib ki, Hörmüz boğazından keçməyə çalışan Fransa və Çin kimi digər ölkələr "öz başlarının çarəsinə baxmalı olacaqlar".

Fevralın 28-də ABŞ və İsrailin hücumları başlayandan İran boğazı faktiki bağlayıb.

"Onlara ağır zərbə endirdik. Boğaz boyunca radikallaşmış çoxlu sayda dəlidən canımız qurtardı", – deyən Tramp əlavə edib ki, "iki həftə, bəlkə, üç həftəyə... regionu tərk edəcəyik".

"Hazırda onlarla danışıqlar aparırıq" deyən prezident vurğulayıb ki, "rejim dəyişikliyinin şahidi olduq, baxmayaraq ki, bu, məqsədlərimdən biri deyildi".

Tehran və Vaşinqton münaqişəni dayandırmaqla bağlı ziddiyyətli açıqlamalar verirlər.

İranın xarici işlər naziri Abbas Əraqçi "Əl-Cəzirə"nin aprelin 1-də yayımladığı müsahibəsində deyib ki, ABŞ ilə heç bir danışıq getmir, Tehran Vaşinqtonun müharibəni bitirmək üçün irəli sürdüyü 15-bəndlik plana cavab verməyib.

"Amerikalılardan mesajlar alırıq, bəziləri birbaşa, bəziləri regiondakı dostlarımız vasitəsilə çatdırılır, lazım bildikdə bu mesajlara cavab veririk", – o bildirib.

"ABŞ ilə danışıqlar üçün heç bir əsas yoxdur", – Əraqçi söyləyib. O, ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff ilə birbaşa mesaj mübadiləsi apardığını vurğulayıb.

Davamı

XS
SM
MD
LG