Keçid linkləri

2026, 12 May, çərşənbə axşamı, Bakı vaxtı 21:31
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

İranlı deputat: 'Hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirərik'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Əraqçi Səudiyyəyə: 'ABŞ qüvvələrini çıxarmağın vaxtıdır'

İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanı rəsmilərinə məktubunda ABŞ qüvvələrini çıxarmağın vaxtı çatdığını yazıb.

Martın 30-da X-də dərc olunmuş paylaşımda Əraqçi qeyd edib ki, "İran Səudiyyə Ərəbistanı Krallığına hörmət edir və onu qardaş ölkə sayır".

ABŞ və İsrail İrana hava zərbələrinə başlayandan İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Səudiyyə Ərəbistanı daxil, Fars körfəzindəki digər ərəb ölkələrinə qisas hücumları gerçəkləşdirir.

İran Fars körfəzi ölkələrindəki ABŞ bazalarına raket və dron hücumları edir, aeroport, otel kimi mülki hədəfləri, həmçinin neft-qaz obyektlərini vurur.


İran müxalifət qrupuna bağlı daha iki nəfəri edam edib

İran ədliyyəsi martın 31-də bildirib ki, Xalq Mücahidləri Təşkilatına (MEK) üzvlük ittihamı ilə daha iki nəfər edam edilib.

Onların Babək Əlipur Puya Qubadi olduqları bildirilir. Bu şəxslər "silahlı üsyan" və "terror əməliyyatları" həyata keçirməkdə ittiham olunurlar.

Martın 30-da oxşar ittihamla iki nəfər edam edilmişdi.

MEK 1960-cı illərdə yaradılıb, həm şaha, həm də İslam Respublikasına qarşı çıxıb. ABŞ vaxtilə onu xarici terror təşkilatı kimi tanıyıb, 2012-ci ildə bu siyahıdan çıxarıb.

2025-ci ilin noyabrında BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato xəbərdarlıq edib ki, bu iki kişinin və daha dörd nəfərin işlərində məhkəmə prosesi sarıdan ciddi narahatlıqlar var, onlar vəkillə gec təmin olunublar, işgəncə iddiaları səslənib. Məruzəçinin sözlərinə görə, bu cür işlərdə ölüm hökmünün tətbiqi beynəlxalq hüququn pozulması olar.

Çinin konteyner gəmiləri Hörmüzdən keçirlər

Yaxınlarda Çinin üç gəmisi Hörmüz boğazından keçib və Çin tərəflərin yardımını yüksək qiymətləndirir. "Reuters"in xəbərinə görə, bunu Çin Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü martın 31-də deyib.

Daha öncə izləmə məlumatları martın 30-da Çinin COSCO şirkətinə məxsus iki böyük konteyner gəmisinin boğazdan uğurla keçərək Fars körfəzindən çıxdığını göstərib.

ABŞ və İsrailin İrana hücumlarından sonra Tehran Hörmüz boğazını bağlayıb. Nəticədə bu strateji su yolu ilə nəqliyyat xeyli azalıb.

İran rəsmiləri "düşmən olmayan gəmilər" üçün boğazdan keçidin açıq qaldığını bildiriblər. Çin İranın əsas strateji tərəfdaşlarından sayılır.

İsrail: İrana növbəti zərbə dalğası tamamlanıb

İsrail ordusu İrana növbəti zərbə dalğasının tamamlandığını bildirir. Tehranda hərbi infrastruktura raket zərbələri endirildiyi açıqlanıb.

Tehranın şərqində və qərbində partlayış səsləri eşidilib. Bundan öncə isə İsrail şəhərə zərbələrlə bağlı xəbərdarlıq etmişdi.

"Tasnim" xəbər agentliyi şərqi Piruzi rayonunda partlayışlardan sonra elektrikin kəsildiyini, bərpa işləri getdiyini xəbər verir.

İsrail ordusu martın 31-i səhər bildirib ki, Livanın cənubunda dörd əsgəri öldürülüb. Son günlər bu ərazidə İndoneziyadan olan üç BMT sülhməramlısı qətlə yetirilib.

İran ordusunun sözçüsü isə Tehranın son raket və dron hücumlarında regiondakı beş bazada və İsraildə ABŞ hərbçilərinin gizləndiyi yerlərin hədəfə alındığını deyib.

Bu arada ABŞ ordusunun 82-ci Hava-Desant Diviziyasından minlərlə əsgər Yaxın Şərqə çatıb. Bunu iki ABŞ rəsmisi "Reuters"ə deyib.

Davamı

XS
SM
MD
LG