Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 01:09
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

İranlı deputat: 'Hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirərik'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Rubio İraq Kürdüstanının baş naziri ilə danışıb

ABŞ dövlət katibi Marko Rubio martın 26-da İraq Kürdüstanı Regional Hökumətinin baş naziri Məsrur Bərzani ilə telefonla danışıb. ABŞ Dövlət Departamentinin məlumatına görə, o, İranın raket hücumunda həlak olan kürd peşmərgə döyüşçülərinin ailələrinə başsağlığı verib.

Açıqlamada deyilir ki, Rubio İraq Kürdüstanı daxil, İraqdan neftin qlobal bazarlara çatmasına imkan yaratdığına görə kürd hakimiyyətinə minnətdarlığını bildirib: "Dövlət katibi İran, onunla əlaqəli İraq terrorçu silahlılarının ABŞ vətəndaşlarına və İraqdakı enerji infrastrukturuna davam edən hücumlarını qətiyyətlə pisləyib".

Martın 24-də İraq Kürdüstanının Ərbil yaxınlığındakı bazalarına raket düşməsi nəticəsində azı altı peşmərgə döyüşçüsü öldürülmüş, 30 nəfər yaralanmışdı. Bu hücumda İraq kürdləri İran və onun dəstəklədiyi silahlıları günahlandırıb.

M.Bərzani 1979-cu ildən Kürdüstan Demokrat Partiyasının (KDP) lideri olan kürd xadimi Məsud Bərzaninin oğludur.

Tramp İranın elektrik stansiyalarına hücum təhdidlərini təxirə salır

ABŞ prezidenti Donald Tramp İranın elektrik stansiyalarına hücum təhdidlərini ikinci dəfə təxirə salıb, bunu Tehranın istəyi olduğunu deyib.

"İran hökumətinin istəyi ilə... elektrik stansiyasının məhv edilməsini 10 günlüyə... təxirə salıram", – deyə Tramp sosial media paylaşımında son müddətin bazar ertəsi, aprelin 6-dək uzadıldığını yazıb.

Tramp martın 21-də deyirdi ki, Tehran Hörmüz boğazını 48 saat ərzində açmasa, ABŞ İranın elektrik stansiyalarını məhv edəcək. ABŞ və İsrail fevralın 28-də İrana hava zərbələrinə başlayandan Tehran bu kritik neft və qaz nəqli kanalını bağlayıb. Tramp sonradan bu müddəti martın 27-dək uzadıb.

"Danışıqlar davam edir, saxta xəbər mediasının, digərlərinin əksini iddia edən səhv açıqlamalarına baxmayaraq, danışıqlar çox yaxşı gedir", – Tramp özünün "Truth Social" platformasında yazıb.

İranın yüksəkvəzifəli rəsmiləri Tehranın Vaşinqtonla danışıqlar apardığını inkar edirlər. Amma İran martın 25-də ABŞ-nin 15-bəndlik təklifini nəzərdən keçirdiyini bildirib, münaqişənin sona çatması üçün beş şərt irəli sürüb.

Uitkoff İrana 15-bəndlik 'fəaliyyət planı' verildiyini təsdiqləyir

Birləşmiş Ştatlar İranla münaqişəyə son qoymaq üçün İrana 15-bəndlik "fəaliyyət planı" təqdim edib. Bunu ABŞ-nin xüsusi elçisi Stiv Uitkoff martın 26-da deyib.

Tramp administrasiyası ilk dəfədir İrana belə bir planın təqdim olunduğunu rəsmən təsdiqləyir. Daha öncə Pakistanın planı İran rəsmilərinə təqdim etdiyi haqda məlumatlar yayılmışdı.

"İşlərin hara gedəcəyini görəcəyik, görək İranı bunun dönüş nöqtəsi olduğuna, ölüm və dağıntıdan başqa yaxşı alternativlərin qalmadığına inandıra biləcəyikmi", – Uitkoff Ağ evdə jurnalistlərə deyib. O, belə bir variantın mümkünlüyünə dair güclü əlamətlərin olduğunu sözlərinə əlavə edib.

Uitkoff Pakistanın vasitəçi kimi çıxış etdiyini, Pakistan rəsmilərinin açıqlamalarını da təsdiqləyib.

'Axios': Pentaqon İrana qarşı növbəti addımlara hazırlaşır

"Axios" nəşri Pentaqonun İrana qarşı potensial "yekun zərbə" üçün bir sıra hərbi variantlara hazırlaşdığını bildirir. Nəşr bunu ABŞ-nin iki rəsmisinə və müzakirələrlə tanış iki əlavə mənbəyə istinadla yazır.

Mənbələr prezident Donald Trampın nəzərdən keçirə biləcəyi dörd böyük ssenaridən danışıblar:

  • İranın əsas neft ixracı mərkəzi olan Xarq adasının işğalı, yaxud blokadası;
  • İranın Hörmüz boğazı üzərində nəzarətində əsas rol oynayan Lark adasının işğal olunması;
  • Əbu Musa və yaxınlıqda daha iki nisbətən kiçik adanın nəzarətə götürülməsi. Hazırda bu adalara İran nəzarət edir, amma BƏƏ də onlara iddia edir;
  • Hörmüzün şərq tərəfində İran neftini daşıyan gəmilərin saxlanması, yaxud ələ keçirilməsi.

"Axios" ABŞ hərbi strateqlərinin İran daxilində quru əməliyyatı planı hazırladığını da yazır. Məqsədin nüvə obyektlərində yüksək həddə zənginləşdirilmiş uranın mühafizəsi olduğu bildirilir.

Davamı

XS
SM
MD
LG