Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 01:58
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

İranlı deputat: 'Hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirərik'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

İsrail SEPAH komandirinin öldürüldüyünü bildirir

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı Əlirza Tanqsiri İsrailin hava hücumu nəticəsində öldürülüb. Bunu İsrailin müdafiə naziri İsrael Kats bildirib.

"İsrail Müdafiə Qüvvələri dünən gecə İnqilab Keşikçilərinin donanma komandanı Tanqsiri və donan komandanlığının yüksəkrütbəli zabitlərini dəqiq və ölümcül bir əməliyyatla məhv edib", – Kats martın 26-da yayımlanan videoçıxışında deyib.

O, Tanqsirini Hörmüz boğazının minalanması və gəmiçilik üçün bağlanmasına "birbaşa məsul şəxs" adlandırıb.

İran hələlik bu məlumatı şərh etməyib, İranın əsas media orqanları da bu haqda yazmayıb.

Fevralın 28-də ABŞ və İsrail İrana birgə hücumlara başlayandan İsrail İranın bir neçə yüksəkvəzifəli rəsmisini öldürüb. Ali rəhbər Əli Xamenei, Təhlükəsizlik Şurasının rəisi Əli Laricani də onların sırasında olub.

Tramp: İran razılaşma üçün 'yalvarır'

İranı danışıqlarda təmsil edənlər çox fərqli və "qəribədirlər". Bunu ABŞ prezidenti Donald Tramp "Truth Sosial" şəbəkəsində yazıb. O, İranın razılaşma üçün yalvardığını deyir.

"Amma açıq şəkildə dedikləri odur ki, təklifimizi nəzərdən keçirirlər. SƏHVDİR! Yaxşı olar, nə qədər gec deyil ciddiləşsinlər, çünki gec olsa, GERİYƏ DÖNÜŞ OLMAYACAQ, bu da yaxşı olmayacaq!", – Tramp yazıb.

O, NATO üzvlərini də tənqid edib, onların "hərbi baxımdan məhv edilmiş" İranla bağlı kömək göstərmədiyini deyib. "ABŞ-yə NATO-dan heç nə lazım deyil, amma bu çox vacib dönəmi heç vaxt unutmayın!", – Tramp yazıb.

Ərəb ölkələri İranın hücumlarını pisləyir

Altı ərəb dövləti İranın birbaşa və proksi hücumlarını qətiyyətlə pisləyib, suverenliyin, beynəlxalq hüququn və BMT Nizamnaməsinin pozulması adlandırıb.

Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanıİordaniya martın 25-də birgə bəyanatda İranın dəstəklədiyi İraq qruplaşmalarının region ölkələri və infrastrukturunu hədəf alan hücumlarını pisləyiblər. Onlar İraq hökumətini öz ərazisindən silahlıların fəaliyyətini qarşısını almağa, eskalasiyanı önləmək üçün gərəkən tədbirlər görməyə çağırıblar.

Bəyanatda İrana bağlı "gizli" qruplar, "Hizbullah"la əlaqəli qruplaşmalar pislənilir, suverenlik, təhlükəsizlik və sabitliyi qorumaq üçün özünümüdafiə hüququ vurğulanır.

FT: Rusiya İrana dron, mülki yardım göndərir

"The Financial Times" yazır ki, Rusiya İrana mərhələli şəkildə dron, dərman və qida göndərilməsini başa çatdırmaq üzrədir. FT Qərbin kəşfiyyat hesabatlarına istinad edir.

Çatdırılmalara bu ayın əvvəlində başlandığı, bir neçə günə tamamlanacağı gözlənilir.

Yaxın Şərqdə Amerika qüvvələrinə cavabdeh Mərkəzi Komandanlığın rəhbəri admiral Bred Kuperin dediyinə görə, ABŞ-nin hava zərbələri İranın raket və dron istehsalı müəssisələrinin üçdə ikisini, donanma istehsalının da təxminən o qədərini vurub.

O, X-də paylaşılan videoda deyib ki, İran donanmasının ən böyük gəmilərinin təxminən 92 faizi zədələnib, yaxud məhv edilib.

"Mənim qiymətləndirməmə görə, onlar artıq regionda və dünyada donanma gücünü və təsirini göstərmək qabiliyyətini itiriblər", – Kuper vurğulayıb.

Davamı

XS
SM
MD
LG