Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 02:53
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

İranlı deputat: 'Hücum olarsa, uranı 90 faizə qədər zənginləşdirərik'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Tramp: İranlılar danışıq aparırlar, bunu deməyə qorxurlar

ABŞ prezidenti Donald Tramp Respublikaçıların Milli Konqres Komitəsinin (NRCC) illik ianə toplama şam yeməyində çıxış edir.
ABŞ prezidenti Donald Tramp Respublikaçıların Milli Konqres Komitəsinin (NRCC) illik ianə toplama şam yeməyində çıxış edir.

ABŞ prezidenti Donald Tramp martın 25-də Tehranın sülh danışıqlarında iştirak etdiyini bildirib. O, İran təmsilçilərinin "öz adamları" tərəfindən öldürülməkdən qorxduqlarını söyləyib. Tehran isə danışıq apardığını rəsmən təkzib edir.

"Onlar danışıq aparırlar, razılaşma əldə etməyi çox istəyirlər. Amma bunu deməyə qorxurlar, çünki öz adamlarının onları öldürəcəyini düşünürlər", – Tramp Konqresin respublikaçı üzvləri ilə şam yeməyində deyib.

"Onlar həmçinin bizim onları öldürəcəyimizdən qorxurlar", – prezident vurğulayıb.

Tramp bir daha artıq bir aya yaxındır gedən müharibədə ABŞ və İsrail qüvvələrinin İranı məhv etdiyini bildirib. Ağ evin bildirdiyinə görə, Tehran məğlubiyyətini boynuna almasa, Vaşinqtonun sülh təklifinin şərtlərini qəbul etməsə, Tramp "cəhənnəmi başlatmağa hazırdır".

İranın xarici işlər naziri Abbas Əraqçi daha öncə deyib ki, "danışıq aparmaq niyyətləri yoxdur", amma Tehranın Pakistanın ötürdüyü ABŞ təklifini nəzərdən keçirdiyini etiraf edib: "Gərəkərsə, onlar mövqe bildirəcəklər".

Nazir İranın məğlub olması fikrini rədd edib, ABŞ administrasiyasının müharibədə məqsədlərinə çatmadığını bildirib.

"Hazırda siyasətimiz müqavimətin davam etdirilməsidir. Danışıq aparmaq niyyətimiz yoxdur", – Əraqçi vurğulayıb.

İran ABŞ-nin 15-bəndlik planını rədd edib

İranın ingilisdilli "Press TV" telekanalı İranın ABŞ-nin müharibəni dayandırmaq təklifinə mənfi reaksiya verib.

"İran müharibəni yalnız özü bu qərarı verəndə, öz şərtləri yerinə yetiriləndə dayandıracaq", – telekanal siyasi-təhlükəsizlik xidmətinin yüksəkvəzifəli rəsmisinə istinadla bildirib.

ABŞ-nin müharibəni bitirmək təklifinə İranın ilkin reaksiyası "müsbət" olmayıb. Bunu isə İranın vəzifəli rəsmisi "Reuters"ə deyib, Tehranın təklifi hələ də nəzərdən keçirdiyini əlavə edib.

Rəsminin dediyinə görə, Tehranın ilkin reaksiyası Vaşinqtona ötürülmək üçün Pakistana təqdim edilib.

"Press TV" Tehranın müharibənin başa çatması üçün beş şərt irəli sürdüyünü açıqlayıb. Həmin şərtlər "düşmənin təcavüz və terroru dayandırması", "müharibənin təkrarlanmaması üçün obyektiv şərtlərin yaradılması", "kompensasiya və dəyən ziyanın ödənməsi", "müharibənin bütün cəbhələrdə dayandırılması", "İranın Hörmüz boğazı üzərində suverenliyinin İranın təbii və qanuni haqqı kimi tanınması"dır.

ABŞ-nin 15-bəndlik planı rəsmən açıqlanmayıb. Amma İsrailin “12-ci Kanal"ının xəbərinə görə, planda bir aylıq atəşkəs, uranın zənginləşdirilməsinin dayandırılması yer alıb. Əvəzində İrana sanksiyaların qaldırılması, Tehrana Buşehr mülki nüvə proqramının inkişafına yardım nəzərdə tutulur.

İran müharibəsini Azərbaycanın müttəfiqləri bitirəcək?

Türkiyə və Pakistan İran müharibəsində vasitəçi ola bilərmi? Kocaeli Universitetindən Kaya Ülger bildirir ki, Pakistanın ərəb ölkələri ilə yaxın münasibətləri, Türkiyənin isə keçmiş Osmanlı imperiyasının olduğu ərazilərdə nüfuzu və təsirləri var: "Pakistan bu missiyanı yerinə yetirməklə Hindistan üzərində üstünlük qazanmış ola bilər".

İran müharibəsini Azərbaycanın müttəfiqləri bitirəcək?
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00

Türkiyə ABŞ və İran arasında mesajları çatdırır

Türkiyə ABŞ və İran arasında "mesaj ötürən" rolundadır, de-eskalasiyanı və birbaşa danışıqları təşviq edir. Bunu prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyasının xarici məsələlər üzrə sədr müavini Harun Armağan "Reuters"ə deyib.

O, söhbətin hansı mesajlardan getdiyini açıqlamayıb, amma Körfəz ölkələrinə də mesaj ötürdüklərini deyib.

İran ordusu martın 25-də ABŞ prezidenti Donald Trampın Tehran ilə danışıq aparılması ilə bağlı dediklərini təkzib edib.

NATO üzvü Türkiyə fevralın sonunda ABŞ və İsrail İrana hücuma başlayandan Tehran və Vaşinqton arasında danışıqlara körpü salmağa çalışıb. Ərdoğan deyib ki, sülhün təmin olunmasından ötrü bütün resursları ilə işləməyə davam edəcək.

Xarici işlər naziri Hakan Fidan isə martın 22-də ABŞ rəsmiləri və iranlı həmkarı Abbas Əraqçi ilə müharibəyə son qoymağın mümkün addımlarını müzakirə edib.

Davamı

XS
SM
MD
LG