Keçid linkləri

2026, 26 Mart, Cümə axşamı, Bakı vaxtı 23:47
'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

'Trampın nə istədiyi qeyri-müəyyəndir'. İranla danışıqlar müharibəni bitirəcəkmi

Canlı 'Axios': Pentaqon İrana qarşı növbəti addımlara hazırlaşır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verir.

İsrail İranın kəşfiyyat nazirinin öldürüldüyünü deyir

İsrailin müdafiə naziri İsrael Kats İranın kəşfiyyat naziri İsmayıl Xətibin martın 18-nə keçən gecə zərbə nəticəsində öldürüldüyünü bildirib.

İran Xətibin ölüm xəbərini hələlik təsdiqləməyib.

Katsın dediyinə görə, o və İsrailin baş naziri Binyamin Netanyahu orduya İranın istənilən yüksəkvəzifəli rəsmisini əlavə razılıq olmadan hədəf almaq səlahiyyəti verib.

İranın Buşehr Atom Elektrik Stansiyasına mərmi atılıb

İranın yeganə atom enerjisi stansiyasının ərazisinə mərmi atılıb, xəsarət alan olmayıb, radiasiya yayılması baş verməyib. Məlumatı stansiyanın Rusiyadan olan operatoru açıqlayıb. ABŞ və İsrailin İrana qarşı müharibəsi başlayandan Buşehr nüvə elektrik stansiyası ilk dəfədir vurulur.

Rusiyanın "Rosatom" dövlət şirkəti Telegram-da bildirib ki, hadisə martın 17-də axşam saatlarında baş verib.

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) cavabında "maksimum təmkin" göstərməyə çağırıb.

Buşehr İranın yeganə atom elektrik stansiyasıdır. Fars körfəzinin şimal sahillərində yerləşən stansiya İranda deyil, Rusiyada istehsal olunan uranla işləyir, BAEA-nın monitorinqi altındadır.

ABŞ İranın raket obyektlərinə bunkerqıran bombalarla hücum edib

ABŞ ordusu İranın strateji Hörmüz boğazı yaxınlığındakı raket mövqelərinə bunkerqıran bombalarla hücum etdiyini açıqlayıb.

ABŞ Mərkəzi Komandanlığı martın 17-də X platformasında yazıb ki, ABŞ qüvvələri Hörmüz boğazı yaxınlığındakı sahildə İranın möhkəmləndirilmiş raket obyektlərinə çox sayda 5 min funtluq "dərin nüfuzedici" bomba atıb.

Tramp: İranda qrafiki qabaqlamışıq

ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın çox çəkməyəcəyini bir daha vurğulayıb. O, Ağ evdə İrlandiyanın baş naziri Maykl Martin ilə görüşdə bu haqda danışıb.

"Bir neçə dəlinin əlində olan nüvə silahları ilə mübarizə üçün qısa missiya gerçəkləşdirməli olduq, bir-iki həftəyə başa çatacaq, çox çəkməyəcək", – Tramp martın 17-də deyib. Prezident daha konkret qrafik açıqlamayıb, "hər şey çox sürətlə irəliləyir", "qrafiki xeyli qabaqlamışıq" deyib.

Martın 18-də ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının 19-cu günüdür. Pentaqon bunu "Epik qəzəb", İsrail "Nərildəyən şir" əməliyyatı adlandırır.

Davamı

XS
SM
MD
LG