Keçid linkləri

2026, 13 May, çərşənbə, Bakı vaxtı 18:17
Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

Hörmüz böhranı: ABŞ-İran atəşkəsi tab gətirəcəkmi?

Kəşfiyyat: İran raket gücünü itirməyib – Tramp 'xəyanət' dedi

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Türkiyə Müdafiə Nazirliyi İrandan atılan ballistik raketin vurulduğunu bildirir

NATO-nun Şərqi Aralıq dənizindəki hava və raketdən müdafiə bölmələri İrandan atılan ballistik raketi vurub. Türkiyə Müdafiə Nazirliyi bildirib ki, raket İraq və Suriya hava məkanını keçdikdən sonra onların ərazisinə doğru uçurdu.

Zenit tutucu-raketinin qalıqları Türkiyənin Hatay əyalətinin Dörtyol rayonuna düşüb.

"Hadisə nəticəsində heç kim xəsarət almayıb", -açıqlamada deyilir.

Türkiyə Müdafiə Nazirliyi bütün tərəfləri regionda münaqişəni gərginləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb. "Xatırladırıq ki, ölkəmizə qarşı istənilən düşmən münasibətə cavab vermək hüququmuz var", - qurumdan vurğulanıb.

İranın kürd müxalifətinin İraqdakı bazası vurulub

Martın 4-də İraq Kürdüstanının Dekala şəhərindəki İran kürd müxalifət qruplaşmasının qərargahındakı silah anbarına dron hücumu olub, iki yaraqlı yaralanıb. Bu barədə "Reuters"ə təhlükəsizlik mənbələri bildiriblər.

İran uzun müddətdir muxtar kürd bölgəsini İslam Respublikasına hücumlarda iştirak edən yaraqlıları gizlətməkdə günahlandırır, bazalarına dəfələrlə zərbələr endirib.

Məlumatlara görə, İraq Kürdüstanında yerləşən İran kürd silahlı qruplaşmaları son günlərdə ABŞ rəsmiləri ilə İranın qərbindəki təhlükəsizlik qüvvələrinə hücum imkanı müzakirə ediblər.

Şri-Lanka yaxınlığında İran freqatı vurulub

İranın "IRIS Dena" freqatı martın 4-də SOS siqnalı verib.

ABŞ-nin müdafiə naziri Pit Heqset İranın hərbi gəmisini ABŞ sualtı qayığının batırdığını təsdiqləyib.

"Beynəlxalq sularda təhlükəsiz olduğunu düşünən İran hərbi gəmisini ABŞ sualtı qayığı batırıb. O, torpedo ilə vurulub", – Heqset brifinqdə deyib.

Gəminin göyərtəsində 180 nəfərin olduğu bildirilir. Sağ çıxmış 32 iranlı dənizçi Şri-Lankada xəstəxanada müalicə olunur.


Davamı

XS
SM
MD
LG