Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:55

Ağalarov Hillary Clinton barədə kompramat ötürülməsində əli olmadığını deyir


Donald Trump və Araz Ağalarov, 2013, "Miss Universe" yarışmasının finalı
Donald Trump və Araz Ağalarov, 2013, "Miss Universe" yarışmasının finalı

Rusiyalı biznesmen və Crocus Group şirkətinin sahibi Araz Ağalarov Hillary Clinton barədə indiki ABŞ prezidenti Donald Trump-ın oğluna kompramat ötürülməsində əli olması barədə məlumatı qəti şəkildə rədd edir.

Ağalarov bunu iyulun 23-də Business FM-ə müsahibəsində deyib.

Biznesmendə belə bir informasiya olması isə kiçik Trump-ın piyar-mütəxəssis Robert Goldstoun-la yazışmasından bəlli olub.

Prezidentin oğlu da bu yazışmaları özünün Tvitter hesabında təsdiqləyib.

Goldustoun-un məlumatına görə, Hillary Clinton barədə kompramatı kiçik Trump-a onun tanışı olan müğənni və biznesmen, Araz Ağalarovun oğlu Emin Ağalarov təklif edib.

Araz Ağalarov isə oğluna Clintonla bağlı heç bir material vermədiyini deyir.

Amma o, oğlunun kiçik Trump-la tanış olduqlarını təsdiqləyib.

Donald Trump və Araz Ağalarov, 2013 "Miss Universe! yarışmasının finalı
Donald Trump və Araz Ağalarov, 2013 "Miss Universe! yarışmasının finalı

Buna da bax: Prezident oğlunu qınamır

Goldustoun məktubunda yazır ki, Clinton barədə kompramantı Araz Ağalarova Rusiyanın baş prokuroru səviyyəsində birisi verib.

Kiçik Trump-sa deyir ki, Emin Ağalarova zəng etmək istəyib, amma bunun əvəzində ona rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşmək təklif olunub.

New York Times yazır ki, kiçik Trump-la Natalya Veselnitskaya ötən ilin iyununda görüşüblər.

Bu görüşdə prezidentinkürəkəni və müşaviri Cared Kuşner və Trump-ın seçki qərərgahının rəhbəriPol Manafort da iştirak edib.

Kiçik Trump-ın sözlərinə görə, görüş faydalı olmayıb.

Natalya Veselnitskaya isə Kremillə bağlılığını rədd edir və ondaheç vaxt Clinton barədə kompramat olmadığını deyir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG