Keçid linkləri

Təcili xəbərlər
2021, 23 İyun, çərşənbə, Bakı vaxtı 06:18

1993-cü ilin iyun hadisələrindən 15 il keçir


Heydər Əliyev Gəncədə qiyamçılarla danışıqlardan sonra iyunun 15-də parlamentin sədri seçilir

İyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi qeyd edilir. 1993-cü ilin iyununda Surət Hüseynovun rəhbərlik etdiyi hərbi hissə Gəncədə qiyam qaldıraraq o zamankı iqtidarın rəhbər şəxslərinin istefasına nail olur. Polkovnik Surət Hüseynovun hərbi hissəsi Gəncədə nəzarəti tam ələ keçirdikdən sonra paytaxt Bakıya doğru irəliləyir.


Bu hadisələrin nizamlanmasına kömək məqsədi ilə prezident Əbülfəz Elçibəy Naxçıvan Ali Məclisinin sədri işləyən Heydər Əliyevi Bakıya dəvət etməli olur.


İyunun 9-da Bakıya qayıdan Heydər Əliyev Gəncədə qiyamçılarla danışıqlar apardıqdan sonra iyunun 15-də ölkə parlamentin sədri seçilir.


Milli Məclisin 1997-ci ildə qəbul etdiyi qərarla hər il iyunun 15-i Azərbaycan Milli Qurtuluş Günü kimi qeyd edilir.


XS
SM
MD
LG