Keçid linkləri

Təcili xəbərlər
2023, 06 Dekabr, çərşənbə, Bakı vaxtı 02:57

Şəhriyar haqqında film övladlarının narazılığına səbəb olub


Şəhriyar əsərlərini Azərbaycan və fars dillərində yazıb
Şəhriyar əsərlərini Azərbaycan və fars dillərində yazıb

Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyar haqqında çəkilən bir neçə seriyalı bədii film şairin övladları tərəfindən etirazla qarşılanıb.


Dünya Azərbaycanlıları Konqresi (DAK) İnformasiya Mərkəzindən APA-ya verilən məlumata görə, şairin qızı Məryəm Behcət Təbrizi və oğlu Hadi Behcət Təbrizi İran televiziyasında nümayiş olunan «Şəhriyar» adlı filmdə milli mənsubiyyətləri ilə bağlı təqdimata etiraz ediblər. Şairin övladları bildirib ki, filimdə göstərildiyi kimi, Şəhriyarın atası fars yox, türkdür. Onlar filmdə qeyd olunan bir sıra digər məqamlarla da razılaşmadıqlarını söyləyiblər. Şairin oğlu deyib ki, film Şəhriyarın ailəsindən heç bir məlumat toplamadan faktlara və sənədlərə istinad edilmədən çəkilib.


İranda yaşamış Azərbaycan şairi Seyid Məhəmmədhüseyn Behcət Təbrizi (Şəhriyar) 1906-cı ildə Təbriz yaxınlığında Xoşgınab kəndində anadan olub. Şəhriyarın ilk şerlər toplusu 1929-cu ildə çap edilib. O, Azərbaycan və fars dillərində yazıb. Azərbaycanda onun «Heydərbabaya salam» poeması, «Türkcə divanı» toplusu çapdan çıxıb. Şair 1988-ci il sentyabrın 18-də Təbrizdə vəfat edib.


XS
SM
MD
LG