Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:19

ATƏT Bakı və Yerevanın razılığını istəyir


«Cənubi Qafqaz ölkələri ekoloji problemlərlə qarşılaşa bilər»
«Cənubi Qafqaz ölkələri ekoloji problemlərlə qarşılaşa bilər»

«Təcili tədbirlər görülməsə, Cənubi Qafqaz ölkələri bir sıra ekoloji problemlərlə qarşılaşa bilər». Bunu «Azadlıq» radiosuna müsahibəsində ATƏT katibliyinin iqtisadi və ətraf mühit məsələləri üzrə əməkdaşı Devid Svolli bəyan edib.


O, deyib ki, problemlər əsasən iqlim dəyişiklikləri və münaqişələrlə əlaqədardır:


«Söhbət qlobal istiləşmə, daşqınlar, gəmiricilərlə bağlı xəstəliklərin yayılması, meşə yanğınları və digər təhlükələrdən gedir. Bunların qarşısını almaq üçün bir sıra addımlar atılmalıdır. Əks halda gələcək illərdə hər üç Cənubi Qafqaz ölkəsinin bu problemlərlə qarşılaşma ehtimalı böyükdür».


Ekspertin fikrincə, Qarabağ problemi və digər xarici amillər üzündən ətraf mühitin tənəzzülü məsələsi son vaxtlar Azərbaycan və Ermənistan üçün xüsusilə aktuallaşıb.


Amma beynəlxalq təşkilatlar mümkün təhlükələrin qarşısını almaq üçün bu ölkələrin əməkdaşlığına nail ola bilmirlər. Belə ki, bunun üçün hökumətlər razılıq verməlidir.


Svolli onu da vurğulayıb ki, razılıq olarsa, ATƏT BMT-nin ekologiya proqramı ilə birlikdə Dağlıq Qarabağda və digər nəzarətsiz ərazilərdə baş verən faktların qiymətləndirilməsində iştirak edə bilər.


AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG