Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 03:12

Bakının qətnaməsinə Yerevan dəstək verdi


BMT İHŞ 47 ölkədən ibarətdir
BMT İHŞ 47 ölkədən ibarətdir

BMT-nin İnsan Haqları Şurası (İHŞ) Azərbaycanın irəli sürdüyü «İtkin düşmüş şəxslər» adlı qətnaməni qəbul edib.


Sənəd Qarabağ münaqişəsi zamanı itkin düşmüş insanların taleyinin müəyyənləşdirilməsi və onların problemlərinin həllinə beynəlxalq dəstək verilməsini nəzərdə tutur.


Martın 28-də Cenevrədə keçirilən müzakirələrdə sənədə 38 ölkə həmmüəllif kimi qoşulub. Onların arasında Ermənistan da var.


Bu barədə «Azadlıq» radiosuna Azərbaycanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəliyinin katibi Həbib Mikayıllı məlumat verib:


«Bu sırf humanitar xarakterli layihədir. Bütün dövlətlərin qəbul etdiyi yanaşma var ki, bu cür məsələlərdə humanitar yanaşma siyasi çalarlardan üstün olmalıdır. Qətnamənin bizim üçün əhəmiyyəti odur ki, münaqişə nəticəsində itkin düşmüş şəxslərin məsələsini beynəlxalq diqqətdə saxlayaq».


Rəsmi məlumatlara görə, hazırda 4 mindən artıq Azərbaycan vətəndaşı Qarabağ münaqişəsi zamanı itkin düşdüyü üçün axtarışdadır. Azərbaycan tərəfi onların Ermənistanda və işğal olunmuş ərazilərdə saxlanıldığını bildirir. Yerevan isə bunu inkar edir, əksinə, Ermənistan vətəndaşlarının Azərbaycanda itkin düşdüyünü deyir.


2006-cı ildə Azərbaycan tərəfi BMT Baş Assambleyasında da oxşar qətnamə ilə çıxış edib və sənəd qəbul edilib. Hazırkı qətnamədə isə əlavə olaraq itkin düşmüş şəxslərin taleyini müəyyənləşdirmək üçün bu ilin sentyabrında BMT-də açıq müzakirələrin keçirilməsi nəzərdə tutulur. Dinləmələrə Beynəlxalq Qırmızı Xaç Komitəsi də dəvət olunacaq. Sənəddə həmçinin, BMT Baş katibindən layihədəki müddəaların yerinə yetirilməsinə dair hərtərəfli hesabat hazırlaması xahiş olunur.


BMT İHŞ 47 ölkədən ibarətdir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG