Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:33

«Ermənistan seçim qarşısındadır»


«Dağlıq Qarabağla bağlı danışıqların gələcəyi Yerevandan asılıdır»
«Dağlıq Qarabağla bağlı danışıqların gələcəyi Yerevandan asılıdır»

«Ermənistan seçim qarşısındadır. Ümid edirik ki, yeni rəhbərlik ondan əvvəl həyata keçirilən siyasi kursların səhvlərini dəyərləndirib düzgün seçim aparacaq».


Bunu Azərbaycanın Xarici İşlər nazirinin müavini Araz Əzimov deyir. Onun sözlərinə görə, Dağlıq Qarabağla bağlı danışıqların gələcəyi Yerevandan asılıdır:


«İstərdim Yerevan anlasın ki, Azərbaycanla Ermənistan qonşu olaraq qalmalıdırlar. Coğrafiyanı dəyişmək mümkün deyil. Azərbaycanın ərazi bütövlüyü sarsılmazdır və sərhədlərin dəyişməsi planları mümkün deyil. Yəqin ki, Ermənistan tərəfi bu prinsiplərə uyğun hərəkət etməsə, ümumiyyətlə, heç bir sənəddən və güzəştdən danışmaq mümkün olmayacaq».


Bununla belə, Əzimov deyir ki, Azərbaycan tərəfi Ermənistanın yeni prezidenti ilə görüş keçirməyə hələ hazır deyil. Çünki bunun üçün müvafiq hazırlıq işləri tələb olunur. Müzakirələri davam etdirmək təşəbbüsü həmsədrlərdən gəlməlidir. Növbəti addımlar da bundan sonra aydınlaşacaq.


A.Əzimov onu da deyib ki, Kosovonun müstəqilliyini elan etməsinin Dağlıq Qarabağ üçün presedent yaradacağı barədə bəyanatlar həqiqəti dəyişdirə bilməz. Çünki Kosovodan fərqli olaraq, Qarabağda etnik təmizləmə baş verib və işğal şəraitində qanunsuz rejim yaradılıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG