Keçid linkləri

2025, 24 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:56

Avqustun 1-də temperaturun 40 dərəcə olacağı gözlənilir


İyulun 30-da, 31-də temperatur yüksələcək, ən yüksək göstərici avqustun 1-də olacaq
İyulun 30-da, 31-də temperatur yüksələcək, ən yüksək göstərici avqustun 1-də olacaq

Gələn ayın ilk günündə Azərbaycanda havanın hərarəti yüksək olacaq. Avqustun 1-də temperaturun 40 dərəcə olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən İmran Məmmədov «Azadlıq» radiosuna bildirib ki, bazar ertəsindən etibarən havanın hərarəti günbəgün artacaq və çərşənbə axşamı ən isti gün olacaq.


«Bu gündən etibarən ölkə ərazisində az buludlu, yağmursuz hava şəraiti hökm sürəcək, zəif cənub-şərq küləyi əsəcək. İyulun 30-da, 31-də temperatur yüksələcək, ən yüksək temperatur avqustun 1-də olacaq».


İmran Məmmədov bildirir ki, avqustun 2-dən 3-ə keçən gecə isə axşam saatlarında şimal küləyinin əsəcəyi və temperaturun nisbətən aşağı düşəcəyi gözlənilir.


XS
SM
MD
LG