Keçid linkləri

2025, 15 Mart, şənbə, Bakı vaxtı 08:07

«Xəzər-Lənkəran» çempion oldu


«Gənclərbirliyi» və
«Şahdağ» güclülər dəstəsini tərk etdi
«Gənclərbirliyi» və «Şahdağ» güclülər dəstəsini tərk etdi

«Xəzər-Lənkəran» tarixində ilk dəfə futbol üzrə Azərbaycan çempionu oldu. Mayın 23-də futbol üzrə ölkə çempionatının sonuncu turunda bu klub səfərdə Qəbələnin «Gilan» klubunu 3-0 hesabı ilə məğlub edib.


Bakının «Neftçi» klubu isə Tofiq Bəhrəmov adına Respublika Stadionunda Tovuzun «Turan» klubunu 4-2 hesabı ilə məğlub edib. Ancaq bu qələbə Bakı klubuna yalnız ikinciliyi təmin edib.


Güclülər dəstəsini isə iki klub – Sumqayıtın «Gənclərbirliyi» və Qusarın «Şahdağ» klubu tərk edib.


Digər oyunlarda isə aşağıdakı hesablar qeydə alınıb: «Karvan»-«Bakı» 0-2, «Qarabağ»-«MKT Araz» 1-0, «Şahdağ» -«İnter» 1-5, «Simurq»-«Olimpik» 2-2.


«Xəzər-Lənkəran»ın hücumçusu Zaur Ramazanov 2006/2007 mövsümündə rəqib qapılarından 20 top keçirməklə çempionatın ən sərrast futbolçusu olub.


XS
SM
MD
LG