Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:06

Atəşkəs sazişindən 13 il keçir


2000-ci ildən bu vaxtadək Milli Ordunun hər il 500-dən artıq əsgər və zabitinin həlak olduğu bildirilir
2000-ci ildən bu vaxtadək Milli Ordunun hər il 500-dən artıq əsgər və zabitinin həlak olduğu bildirilir

1994-cü il mayın 12-də Bişkekdə Azərbaycanla Ermənistan arasında atəşkəs sazişinin imzalanmasından 13 il keçir.


Sənədin imzalandığı dövrdən bəri atəşkəsin pozulması və digər səbəblərdən Azərbaycan ordusunun 5000-ə yaxın əsgər və zabiti dünyasını dəyişib. Bu barədə «Trend»də Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru, ehtiyatda olan zabit Ələkbər Məmmədov məlumat verib. Onun sözlərinə görə, atəşkəsin pozulması, mina partlayışı və digər hallardan Milli Ordunun əsgər və zabitinin daha çox ölüm faktı 1995-2000-ci illəri əhatə edir. Bu illər ərzində 2000-dən yuxarı əsgər və zabit həlak olub. 2000-ci ildən bu vaxtadək Milli Ordunun hər il 500-dən artıq əsgər və zabiti həlak olub.


Hərbi ekspert Üzeyir Cəfərov isə açıqlamasında atəşkəs dövründə razılaşmanın pozulması və mina partlayışı nəticəsində sərhədyanı ərazilərdə yaşayan Azərbaycanın 1000-dən artıq mülki şəxsinin həlak olduğunu deyib.


Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Eldar Sabiroğlu isə açıqlamasında bildirib ki, atəşkəsin əldə olunmasına baxmayaraq, bu müddət ərzində Ermənistan Silahlı Qüvvələri atəşkəsi intensiv şəkildə pozub. O, atəşkəsin pozulması nəticəsində Milli Ordunun əsgərlərinin həlak olduğunu bildirsə də, say barəsində məlumat verməyib.


Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən isə bildiriblər ki, agentliyin fəaliyyəti dövründə Azərbaycanın 47.882.491 kvadratmetr ərazisi minalardan təmizlənib və 216.565 mina zərərsizləşdirilib. Agentliyin məlumatına görə, qurumun yarandığı 2001-ci ildən bəri 86 mina partlayışı faktı nəticəsində 53 nəfər həlak olub, 122 nəfər yaralanıb.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG