Keçid linkləri

2025, 19 Mart, çərşənbə, Bakı vaxtı 21:08

Elmar Məmmədyarov həmsədrlərlə məsləhətləşəcək


Bu həftə ATƏT həmsədrləri Azərbaycana və Ermənistana da səfər edəcəklər
Bu həftə ATƏT həmsədrləri Azərbaycana və Ermənistana da səfər edəcəklər

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov yanvarın 22-də axşam saatlarında Moskvada ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsilə məşğul olan həmsədrləri ilə ilkin danışıqlara başlayacaq.


XİN-dən verilən məlumata görə, Azərbaycan və Ermənistan nazirlərinin yanvarın 23-də Rusiya paytaxtında keçiriləcək görüşü ərəfəsində həmsədrlər Elmar Məmmədyarovla məsləhətləşmələr aparılacaq.


Azərbaycan XİN-in İnformasiya və Mətbuat İdarəsinin rəisi Tahir Tağızadənin sözlərinə görə, bu həftə ATƏT həmsədrləri Azərbaycana və Ermənistana da səfər edəcəklər. Hələlik səfərin vaxtı dəqiqləşdirilməyib. Həmsədrlər iki ölkə prezidentinin münaqişənin nizamlanması yönündə danışıqları davam etdirməsini və növbəti görüşün vaxtını müəyyənləşdirmək istəyirlər.


Həmsədrlərin regiona sonuncu səfəri ötən ilin dekabrında baş tutub.


XS
SM
MD
LG