Ombudsman Səbinə Əliyeva 7 il də vəzifədə qalacaq: 'Şikayətə baxmırlar'
Səbinə Əliyeva daha 7 il müddətinə ombudsman vəzifəsini icra edəcək. O, noyabrın 3-də keçirilən andiçmə mərasimində bildirib ki, əvvəlki illərdə fəaliyyəti əsasən insan hüquqlarının müdafiəsinə yönəlib. Siyasi məhbus hesab olunan şəxslərin ailələri isə ombudsmana ünvanladıqları şikayətlərin cavabsız qaldığını iddia edirlər.