'Eyni sözə görə biri tutulur, digəri yox' – Azərbaycan internet azadlığına görə Qafqazda ən geridədir
"Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycanı internet azadlığının ən repressiv olduğu ölkələrdən biri elan edib. Təşkilatın son hesabatında ölkə 34 balla Qafqazda sonuncu yerdə qərarlaşıb. Ekspertlər sosial şəbəkələrdəki paylaşımlarına görə insanların fərqli və subyektiv şəkildə cəzalandırıldığını, təzyiqlərin artdığını bildirsə də, Mətbuat Şurası bu tənqidlərin qərəzli olduğunu vurğulayır.