Keçid linkləri

2026, 27 İyun, şənbə, Bakı vaxtı 06:57

'Söyüş müxalifəti' – Onlara kim baxır?


'Söyüş müxalifəti' – Onlara kim baxır?
Gözlə

No media source currently available

0:00 0:09:05 0:00

Beynəlxalq hesabatlarda Azərbaycan hökumətinin güclənən repressiyalar vasitəsilə ənənəvi müxalifəti, vətəndaş cəmiyyətini və müstəqil medianı sıxışdırdığı vurğulanır. Yaranan ictimai boşluğu isə sosial mediada təhqiramiz ritorikası ilə tanınan və hakimiyyət tərəfindən "söyüş müxalifəti" adlandırılan aktivist və bloqerlər doldurub. Azərbaycan kimi mühafizəkar cəmiyyətdə bu üslubun populyarlıq qazanmasını dəyərləndirən tədqiqatçı Rüstəm İsmayılbəyli bildirir ki, siyasi arenanın qapadılması keyfiyyətsiz müzakirə mühiti yaradıb. Onun sözlərinə görə, təşkilatlanmaq imkanı olmayan narazı kəsimlər çıxış yolunu rəqəmsal platformalarda tapıblar: "İnsanlar öz etirazlarını ifadə edə bilmədikləri üçün YouTube və TikTok-da bu nifrəti yayan şəxsləri izləyirlər. Onlara qulaq asmaqla bir növ təskinlik tapırlar".

XS
SM
MD
LG