Keçid linkləri

2026, 26 İyun, cümə, Bakı vaxtı 23:35

Ermənistana qayıdış realdır? - 'Məqsəd beynəlxalq institutların legitimliyini sarsıtmaqdır'


Ermənistana qayıdış realdır? - 'Məqsəd beynəlxalq institutların legitimliyini sarsıtmaqdır'
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

İyunun 24-də Bakı Təşəbbüs Qrupu Vaşinqtonda, ABŞ Konqresinin binasında "Qayıdış hüququ və öz müqəddəratını təyin etmə" mövzusunda konfrans keçirib. Tədbirdə Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz doğma yurdlarına təhlükəsiz, könüllü və ləyaqətli şəkildə qayıdışına beynəlxalq dəstək verilməsinin vacibliyi vurğulanıb və Konqres üzvlərinə ünvanlanmış sənəd qəbul edilib. Keçmiş diplomat Nahid Cəfərov isə hesab edir ki, sözügedən qayıdışla bağlı ölkə daxilində real sosial sifariş yoxdur. O, tərəflər arasında razılıq əldə olunsa belə, hazırkı şəraitdə heç bir azərbaycanlının ora qayıdacağına inanmır: "Düşünürəm ki, belə bir müraciətin ABŞ Konqresində dəstək qazanmayacağını əvvəlcədən təxmin edən hakimiyyət daxili auditoriya qarşısında bu növ beynəlxalq institutların legitimliyini sarsıtmaq istəyir".

XS
SM
MD
LG