Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 23:20

AŞPA-da Azərbaycana qarşı sanksiya çağırışı: 'Qırmızı xətlər keçilib'


AŞPA-da Azərbaycana qarşı sanksiya çağırışı: 'Qırmızı xətlər keçilib'
Gözlə

No media source currently available

0:00 0:02:57 0:00

AŞPA "Azərbaycanda tənqidi səslərin susdurulması" adlı qətnamə qəbul edib. Assambleyadakı müzakirələr zamanı bu sənədin qəbulunun Azərbaycanla münasibətləri daha da pisləşdirəcəyi barədə xəbərdarlıqlar da səslənib. Ukraynalı deputat çıxışında bu addımın zamanlamasını tənqid edib: "Düşünürəm ki, belə bir qətnaməni qəbul etmək üçün doğru zaman deyil. İndiki vəziyyətdə məqsədimiz fərqli olmalıdır. Biz Azərbaycanı bu təşkilatda saxlamağa çalışmalıyıq, xüsusilə də indi". Ukraynalı deputatın bu mövqeyinə etiraz edənlər qətnamənin AŞPA-nın demokratiya və insan haqları kimi fundamental dəyərlərini qorumaq məqsədi daşıdığını vurğulayıblar: "Mən bir diktator rejimindən asılılığı digəri ilə əvəzləmək niyyətində deyiləm. Azərbaycan bir neçə qırmızı xətti keçib. Vəziyyət düzəlməsə, biz sanksiyaları müzakirə etməliyik".

XS
SM
MD
LG