AŞPA-da Azərbaycana qarşı sanksiya çağırışı: 'Qırmızı xətlər keçilib'
AŞPA "Azərbaycanda tənqidi səslərin susdurulması" adlı qətnamə qəbul edib. Assambleyadakı müzakirələr zamanı bu sənədin qəbulunun Azərbaycanla münasibətləri daha da pisləşdirəcəyi barədə xəbərdarlıqlar da səslənib. Ukraynalı deputat çıxışında bu addımın zamanlamasını tənqid edib: "Düşünürəm ki, belə bir qətnaməni qəbul etmək üçün doğru zaman deyil. İndiki vəziyyətdə məqsədimiz fərqli olmalıdır. Biz Azərbaycanı bu təşkilatda saxlamağa çalışmalıyıq, xüsusilə də indi". Ukraynalı deputatın bu mövqeyinə etiraz edənlər qətnamənin AŞPA-nın demokratiya və insan haqları kimi fundamental dəyərlərini qorumaq məqsədi daşıdığını vurğulayıblar: "Mən bir diktator rejimindən asılılığı digəri ilə əvəzləmək niyyətində deyiləm. Azərbaycan bir neçə qırmızı xətti keçib. Vəziyyət düzəlməsə, biz sanksiyaları müzakirə etməliyik".
Arxiv
-
Oktyabr 16, 2026Azərbaycan İsraillə Türkiyəni barışdıra bilərmi?
-
Oktyabr 15, 202615-16 Oktyabr hadisələri yaddaşlarda necə qalıb
-
Oktyabr 15, 2026Dövlət dini qurumlara pul ayırmalıdırmı?
-
Oktyabr 15, 2026Qarabağda 25.5 milyard manat hara gedib? – 'Şəffaflıq problemi var'