Bağça xərcləri necə bölüşdürüləcək? – Valideynlər narahatdır
Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, Azərbaycanda uşaq bağçalarının xərcləri dövlət, özəl sektor və valideynlər arasında bölüşdürüləcək. Müstəqil ekspertlər xəbərdarlıq edirlər ki, neft gəlirlərinin azalması fonunda hökumət gələcəkdə təhsil xərclərini tədricən valideynlərin üzərinə yükləyə bilər. İqtisadçı Akif Nəsirlinin fikrincə, bu qərarın əsas məqsədinin büdcəyə qənaət, yoxsa yer probleminin həlli olduğunu birmənalı söyləmək çətindir: "Ancaq dövlət dəstəyinin məbləği kifayət qədər olmazsa, aşağıgəlirli ailələr üçün bağça xidmətləri yenə də əlçatmaz qala bilər. Həmçinin, özəl bağçalarda keyfiyyətə nəzarət zəif olarsa, xidmət səviyyəsində ciddi fərqlər yarana bilər".