Paşinyan İran və Çindən silah alır: 'Vəziyyət dəyişə bilər'
Ermənistan mayın 28-də keçirdiyi hərbi paradda yeni və modernləşdirilmiş hərbi arsenalını nümayiş etdirib. Təqdim olunan silahlar arasında İrandan alınan qısamənzilli "Məcid" hava hücumundan müdafiə sistemi, Çin istehsalı olan pilotsuz uçuş aparatları (PUA) və tank əleyhinə sistemlər də var. Hərbi ekspert Səxavət Məmmədin fikrincə, Ermənistanın yeni silahları regionda balansı dərhal dəyişəcək gücə malik olmasa da, ordunun belə sürətlə yenilənməsi gələcəkdə vəziyyəti dəyişə bilər: "Azərbaycan ordusu 44-günlük müharibədə dronlardan kütləvi şəkildə istifadə etdiyi üçün Ermənistan tərəfi əsas diqqəti məhz antidron sistemlərinin gücləndirilməsinə yönəldib".