JEK-lər vətəndaşlardan pul tələb edə bilərmi
Qanunvericiliyə əsasən, Mənzil Kommunal İstismar Sahələri (JEK) ilə sakin arasında müvafiq müqavilə yoxdursa, əhalidən ödəniş tələb oluna bilməz. Lakin reallıqda JEK əməkdaşları, müqavilənin olub-olmamasından asılı olmayaraq, məişət tullantılarının daşınması, təmir və lift xidməti kimi bəhanələrlə vətəndaşlardan pul yığmağa davam edirlər. Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti məsələ ilə bağlı mediaya açıqlamasında bildirib ki, kommunal xidmət tarifləri Nazirlər Kabinetinin qərarı ilə tənzimlənir. Müvafiq sənədə görə, özəlləşdirilmiş mənzil mülkiyyətçiləri binanın saxlanılması xidmətinə görə yaşayış sahəsinin hər kvadratmetri üçün ayda 1.5 qəpik ödəməlidirlər. Buna baxmayaraq, bəzi hallarda vətəndaşlardan müəyyən olunmuş tarifdən daha artıq məbləğ tələb edildiyi bildirilir.
Arxiv
-
Aprel 28, 2026Azərbaycan qızıl ehtiyatlarını niyə azaltdı?
-
Aprel 28, 2026Qarabağda tikintidə 'ən asan metod': qruntu çıxar, pulu sil
-
Aprel 27, 2026Əliyev Zelenskini Putinlə Azərbaycanda görüşdürə biləcəkmi?