Aprelin 8-də Xızının Sitalçay kəndində sakinlər yolu bağlayıb. Ötən həftə Bakı və bəzi bölgələrdə yağan intensiv yağışlar nəticəsində sel bu kənddə də bir çox sakinin evini yararsız hala salıb. Kənd sakinləri dövlət qurumlarının onlara yardım etmədiyini bildiriblər.
Su basmış kəndin sakinləri etiraz aksiyasına çıxıblar