Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 15:21

Kremlin köhnə saxtalaşdırma metodları ‘təsirini itirib’ – Qərb mediası


Vladimir Putin
Vladimir Putin

“The New York Times” qəzeti Rusiyada xeyli sayda siyasətçi və jurnalistin mühacirətə vadar olmasından yazır

Sentyabrın 17-də Rusiyada parlament seçkiləri keçirilməlidir. “The Washington Post” qəzetində rusiyalı müxalifətçi Vladimir Kara-Murza seçkiyə buraxılan müxalifətçilərin sayının günü-gündən azaldığını yazır. Moskvada məhkəmələr rejimin daha iki opponentini seçkiyə buraxmayıb.

Müstəqil namizəd Roman Yunemanın təqdim etdiyi imzalar “etibarsız” hesab olunub. Yabloko-nun liderlərindən Lev Şlosberq isə yanvarda həbs olunmuş müxalifətçi Aleksey Navalnıya dəstək yürüşündə iştirakına görə seçkiyə buraxılmayıb.

Ənənəvi metodlar işləmirsə...

Müəllif qeyd edir ki, Kreml illər boyu “ənənəvi” avtoritar metodlarla siyasi dominantlığını saxlayıb – mediaya nəzarət edib, hökumət resurslarını hakimiyyətyönlü namizədlərə yönəldib, dövlət işçilərini qorxudub və sairə. Bu ilsə ATƏT-in müşahidəçi missiyası da sabotaj olunub.

“Kremlin problemi ondadır ki, köhnə metodlar təsirini itirib. Özəlliklə böyük şəhərlərdə daha gənc əhali arasında Putinin 20 illik idarəçiliyindən bezginlik artır. Təkcə müstəqil deyil, hökumət agentliklərinin keçirdiyi rəy sorğuları belə Putinin hakim Vahid Rusiya partiyasının reytinqinin azaldığını göstərir. Hətta Putinin təqaüdçülərə nağd ödənişlər vəd etməsi belə partiyanın reytinqini düzəldən deyil”, – yazan müəllif Kremlin Dövlət Dumasında təkcə çoxluğu saxlamağa çalışmadığını, bircə opponentini belə qanunverici orqana buraxmaq istəmədiyini yazır.

Son bir neçə həftədə onlarla müxalifətçi seçki marafonundan uzaqlaşdırılıb. Hələ bir müddət öncə Putin rejiminin qoyduğu qadağalar bir çoxlarını namizədliyini verməkdən məhrum etdi. Buraya “icazəsiz” nümayişlərdə iştirak edənlər, ikili vətəndaşlığı olanlar, hökumətin “ekstremist” saydığı təşkilatların üzvləri daxildir. Söhbət ümumilikdə 9 milyon nəfərdən gedir.

Ya mühacirət, ya həbs

“The New York Times” qəzetində Anton Troyanovski isə Rusiyada xeyli sayda siyasətçi və jurnalistin mühacirətə vadar olmasından yazır.

Həbsdə olan müxalifətçi Aleksey Navalnının mətbuat katibi Kira Yarmış da Rusiyadan gedib. “İnterfaks” iki mənbəyə istinadla onun Helsinkiyə getdiyini yazır. Yarmış karantin qaydalarının pozulması ittihamıyla 1.5 illiyə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdi.

Müəllif Prezident Putinin 20 illik idarəçiliyi dövründə siyasi motivli emiqrasiya axınının bu il gücləndiyini qeyd edir. Müxalifətçilər, onların köməkçiləri, insan haqları fəalları, hətta müstəqil jurnalistlər getdikcə bir seçim qarşısında qalırlar: ya ölkədən qaçmalı, ya da həbsə düşməli. Ekspertlər bunun Rusiyanın postsovet tarixində siyasi mühacirətin ən böyük dalğası olduğunu deyirlər.

Ekspert: "Rusiya Ermənistana dron əleyhinə sistem sata bilər"
Gözlə

No media source currently available

0:00 0:03:46 0:00

Müəllif builki məcburi mühacirətləri KQB-nin Sovet İttifaqının son onillərində əl atdığı taktikayla müqayisə edir. O zaman gizli polis bəzi dissidentlərə deyirmiş ki, ya qərbi, ya da şərqi seçsinlər – yəni ya mühacirətə getsinlər, ya da Sibirdə həbs düşərgəsinə.

“İndi də Kreml ovaxtkı kimi düşünür ki, tanınmış tənqidçiləri həbs etməkdənsə ölkədən çıxarmaq daha böyük başağrısıdı. Həm də sonradan xaricdə olan rusiyalıları qərblə əlbir xainlər kimi qələmə vermək də asandır”, – müəllif yazır.

Hazırda Navalnı siyasi motivli hesab olunan ittihamlarla həbsdədir. Onun bir sıra tərəfdarları isə ya həbs olunub, ya da ölkədən çıxmağa məcbur qalıblar.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG