Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 02:35

Avtokrat liderlərin ‘sərhədsiz repressiyası’ – Qərb mediası


İllüstrativ foto
İllüstrativ foto

Əgər Birləşmiş Ştatlar dünyada insan haqları və hüququn aliliyinin müdafiəçisini imicini qismən qaytarmaq istəyirsə, transmilli repressiyanı önləmək yaxşı başlanğıc olardı

“The New York Times” qəzeti yeni nəsil avtokrat liderlərin transmilli repressiyasını genişləndirdiyini, üstəlik, cəzasız qaldığını yazır. Qəzet bunu qlobalizasiya, rəqəmsal bağlılıq və yeni nəzarət metodlarıyla izah edir.

Qəzetin redaksiya heyəti səudiyyəli jurnalist Camal Xaşoqinin həmin ölkənin İstanbuldakı konsulluğunda qətlini, rusiyalı keçmiş casus Aleksandr Litvinenkonun xaricdə zəhərlənərək öldürülməsini, Sergey Skripalın isə zəhərlənməsini yada salır. Səudiyyənin Vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Rusiya Prezidenti Vladimir Putin sadəcə, bu hadisələr üçün məsuliyyət daşımadıqlarını dedilər.

İnterpol elanları

Amma Türkiyə Prezidenti Receb Tayyip Ərdoğan 2016-cı ilin çevriliş cəhdindən sonra düşmənlərinə qarşı qlobal səviyyədə həm hüquqi, həm də qanunsuz vasitələrə əl atıb. “Freedom House” insan haqları təşkilatı 17 ölkədə azı 58 adam oğurluğunun baş verdiyini qeyd edir.

Qəzet beynəlxalq kriminal polis təşkilatı “Interpol”un avtokratlar tərəfindən tənqidçilərinə qarşı populyar alət olduğunu qeyd edir. “Son 20 ildə həm Rusiya və Çin kimi böyük ölkələrin, həm də Azərbaycan, Misir, İran, Hindistan və Venesuela kimi daha kiçik qeyri-liberal ölkələrin Interpol elanlarından istifadəsi xeyli artıb. Orta Asiyanın ən kiçik ölkəsi, qəddar rejimi ilə ad çıxarmış Tacikistan azı 2500 axtarış elanı verib. Axtarış elanlarının 38 faizi isə Rusiyaya məxsusdur”, – məqalədə deyilir.

Məqalədə ABŞ-ın keçmiş prezidenti Donald Trampın özünün siyasi rəqiblərini və azad median qaraladığı, yalan yaydığı, avtokratları təriflədiyi qeyd olunur. Sonucda o iki dəfə impiç olundu, təkrar prezident seçilmədi. “Amma onun bir çox tərəfdarlarının avtoriratizmə qucaq açması həm bizim demokratiya, həm də digərləri üçün siqnal olmalıdır”, – yazan qəzet tövsiyələrini də qeyd edir.

Birləşmiş Ştatlar neyləyə bilər

Əgər Birləşmiş Ştatlar dünyada insan haqları və hüququn aliliyinin müdafiəçisini imicini qismən qaytarmaq istəyirsə, transmilli repressiyanı önləmək yaxşı başlanğıc olardı. Avtoritar hökumətlərə hədəfli sanksiyalar müdrikcəsinə istifadə olunsa təsir göstərər, məqalədə deyilir.

“Repressiyadan qaçanların həyatını asanlaşdırmaq isə təqib olunan ümidsiz insanlara təhlükəsiz sığınacaq vermək kimi çoxdankı ənənəmizə uyğun olar”, – qəzet yazır.

Bir müddət öncə ABŞ Prezidenti Co Baydenin bu ilin dekabrında demokratik ölkə liderlərinin virtual Demokratiya Sammitini keçirəcəyi haqda informasiya yayıldı. Amma sammitə hansı ölkə liderlərinin dəvət alacağı, ölkələrin hansı kriteriyalarla demokratik sayılacağı bəlli deyil.

Azərbaycanın hakimiyyət təmsilçiləri beynəlxalq hüquq müdafiə təşkilatlarının avtokratik rejimlə bağlı tənqidlərini qəbul etmir, ölkədə demokratik islahatların aparıldığını, təməl hüquq və azadlıqların qorunduğunu deyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG