Keçid linkləri

Təcili xəbərlər
2021, 13 İyun, bazar, Bakı vaxtı 19:45

Azərbaycan ordusunda təlimlər başlayıb


Azərbaycan ordusu hərbi təlimlərdə, 2 iyul 2018

Mayın 16-da Azərbaycan ordusunda təlimlər başlayıb

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank, digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket, artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan, tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Qeyd edilir ki, təlimlərdə əsas diqqət qoşunların idarəolunması, yenidən qruplaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib :

"Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək. "

Şərhlər

XS
SM
MD
LG