Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:38

Sərhəd kəndlərində ermənilər azərbaycanlılardan qorxduqlarını deyirlər


Ermənistan Azərbaycan təmsilçiləri ilə danışıqlar getdiyini deyir - sərhəddə baş verənlər barədə son xəbərlər
Gözlə

No media source currently available

0:00 0:14:51 0:00

Ermənistan Azərbaycan təmsilçiləri ilə danışıqlar getdiyini deyir - sərhəddə baş verənlər barədə son xəbərlər

Mayın 12-dən Azərbaycan və Ermənistan sərhəddində başlayan gərginlik səngimir. Yerevan iddia edir ki, Azərbaycan ordusu dövlət sərhədini pozub Ermənistan ərazisində postlar qurur. Bakı isə bunun yalan olduğunu, hələ sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini bəyan edir.

Söhbət əsasən Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu arasındakı sərhəddən, daha dəqiqii bu ərazidə Ermənistanın Sev Liç, Azərbaycanın Qaragöl adlandırdığı göldən və yüksəkliklərdən gedir. Yeri gəlmişkən, ermənicə Sev Liç Qaragöl adından tərcümə olunub.

AzadlıqRadiosunun erməni xidmətinin müxbiri mayın 13-də Veraşendə olub, orada sakinlərlə danışıb. Yerli sakinlər bildiriblər ki, əhali təlaş içindədir, hər an nəsə olacağı qorxusu ilə gecələri yata bilmirlər:

“Yerevanda insanlar qorxursa, görün sərhəddə yaşayanlar necə qorxur. İnsanlar təşviş içindədirlər. Siz burdan yuxarı qalxsanız, Azərbaycan postları ordadır. Biz necə qorxmaya bilərik? Bizim əlbəttə ki qorxumuz var. Amma biz səbrli və nikbinik. Biz hamımız gözləyəcəyik görək bu işlər nə ilə yekunlaşır. Ümid edirik ki, rəhbərliyimiz bu problemləri həll edəcək. Sev Liç bizimdir və ümid edirik ki, bizim olacaq. Buradan yuxarıda Azərbaycan postlarını görə bilərsiniz onlar bizə atəş aça bilərlər, qorxuruq. Niyə burada hər hansı neytral ərazi yoxdur. İnsanlar təlaşdadır”.

Ermənistanın Azərbaycanla sərhədində gərginlik - Veraşen kəndindən reportaj
Gözlə

No media source currently available

0:00 0:04:05 0:00

“Səkkiz inəkdən yeddisini qaytarıblar”

Başqa bir sakin isə deyib:

“Azərbaycan özünü pis aparır. Biz hamımız bunu bilirik. Aramızdakı məsafə cəmi 19 kilometrdir”.

Sakinlərin narahatlığı əsasən eynidir:

“Dünən gecədən bəri yata bilməmişik. Fikirləşirdik ki, azərbaycanlılar bizim kəndə girəcəklər. Mənim bir qohumum oranın yaxınlığındakı kəndə yaşayır. O mənə zəng elədi, elə qorxmuşdu ki, danışa da bilmirdi. Dedi ki, azərbaycanlılar gəlib və onların 8 inəyini götürüblər. Sonradan yeddisini qaytarıblar, birini isə özlərinə yemək üçün saxlayıblar. Yəqin aralarında yaxşıları da olub ki, inəkləri geri qaytarıblar. Qohumum deyir ki, onlar orada özlərinə çadır qurublar. Başına da öz bayraqlarını asıblar. Biz burdan görmürük amma onlar dağın təpəsindədilər. Bütün gecəni camaat qorxusundan yatmayıb ki, onlar aşağı kəndə enərlər”.

Ötən ilin sentyabrında 44 günlük müharibədən sonra Veraşen sərhəd kəndinə çevrilib. Amma yerli sakinlər deyirlər ki, rəsmi olaraq, onların kəndi sərhəd statusu almayıb:

“Biz bu məsələni bir neçə dəfə qaldırmışıq, amma onlar buranın sərhəd kəndi olduğuna inanmırdılar. İndi siz görürsünüz ki, bura sərhəd kəndidir. Azərbaycanlılar dağın başında öz postlarını qurub və ordan bizim kəndə baxırlar. Biz nə etməliyik? Hökumət gərək bizə ən azı torpaqlarımızı qorumaqda kömək edə”.

Hökumət məcburi köçkünləri nə vaxt qaytarır?
Gözlə

No media source currently available

0:00 0:04:51 0:00

Paşinyan: “Gərginlik yavaş-yavaş sovuşur”

Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan mayın 13-də təhlükəsizlik şurasının iclasında deyib ki, Azərbaycan əsgərlərinin geri çəkilməsi üçün işlər aparılır:

“Gərginlik yavaş-yavaş, danışıqlarla sovuşur. Azərbaycan əsgərlərini o ərazilərdən çıxarmaq üçün işlər aparılır. Nəzərinizə çatdırım ki, baş verənlər əvvəldən planlaşdırılmış təxribatdır. Azərbaycanlılar saxta xəritələrdən yararlanır və sübut etməyə çalışırlar ki, bura onların ərazisidir. Qarşımızda duran əsas məsələlərdən biri sərhədlərimizi möhkəmlətmək və Azərbaycandan noyabrın 10-adək olan mövqelərinə qayıtmağı tələb etməkdir”.

Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyan edib ki, Sovet İttifaqı dağılandan sonra bu iki ölkənin sərhədi demarkasiya olunmayıb və indi hərbçilər qış aylarında əlçatmaz mövqelərə keçirlər. Nazirlik qeyd edir ki, bu proseslə bağlı Ermənistan tərəfinin qeyri-adekvat reaksiya verərək, təxribat xarakterli bəyanatlarla çıxış etməsi təəccüb doğurur.

Ötən il 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu Ermənistanın işğalından azad edib. Hazırda sərhədlərin demarkasiyası prosesi gedir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG